Bakıda yaddaş pozuntusu olan 58 yaşlı kişi itkin düşdü


Digərləri 22 Okt 2019 08:53:00 287 0

Bakıda yaddaş pozuntusu olan 58 yaşlı kişi itkin düşdü

Bakıda 58 yaşlı kişi itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonunda qeydə alınıb.

Xətai rayonu, K.Kərmov küçəsi, ev 172, mənzil 34a-da yaşayan, 1961-ci il təvəllüdlü Muradov Bəxtiyar Əli oğlu oktyabrın 18-də günorta saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

B.Muradovun qızı Xəyalə Muradova polisə müraciət edərək bildirib ki, atasının yaddaş pozuntusu var.