Trüdonun Liberal partiyası parlament seçkilərində qalib gəlib


Digərləri 22 Okt 2019 08:46:00 257 0

Trüdonun Liberal partiyası parlament seçkilərində qalib gəlib

Kanadanın baş naziri Castin Trüdonun rəhbəri olduğu Liberal partiya ölkədə keçirilən parlament seçkilərində qalib gəlib

Bakı. Kanadanın baş naziri Castin Trüdonun rəhbəri olduğu Liberal partiya ölkədə keçirilən parlament seçkilərində qalib gəlib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Kanadanın Milli Seçki Komissiyasından bildiriblər. Məlumata əsasən, liberallar seçicilərin 33,6 faiz səsini toplayaraq 338 dairədən 158-də qalib gəliblər. Kanadanın Konservativ partiyası 119 dairədə qalib gələ bilib (34,1 faiz). Üçüncü yerdə 33 dairədə (8.7 faiz) qalib gələrək "Kvebek bloku" qərarlaşıb. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, Kanadada ümumilikdə 338 seçiki dairəsi mövcuddur. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin