Türkiyədə avtomobil yolunda partlayış olub: 7 yaralı


Dünya 22 Okt 2019 08:33:00 242 0

Türkiyədə avtomobil yolunda partlayış olub: 7 yaralı

Türkiyənin Qars şəhərində avtomobil yolunun kənarında partlayış baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, əldəqayırma partlayıcı qurğunun partlaması nəticəsində oradan avtomobil ilə keçən 7 hərbçi xəsarət alıb.

Bildirilir ki, xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyətinin ağır olduğu qeyd edilir.