Ərdoğan: Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur


Dünya 22 Okt 2019 08:23:00 304 0

Ərdoğan: Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur

Türkiyənin digər ölkələrə qarşı ərazi iddiaları yoxdur və onların daxili işlərinə qarışmır.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "Türkiyənin xaricdə etdikləri tarixi bağlar və qardaşlıq əlaqələri əsasındadır. Bunu "bir damla neftə axıdılan bir damla qandan artıq qiymət verənlər" başa düşə bilməz".

Türkiyə prezidenti BMT də daxil olmaqla beynəlxalq təşkilatlarda islahatların aparılmasına çağırıb: "Türkiyə terrorçular və haqsızlıq və zorakılıq uğrunda çıxış edənlər arasında fərq qoymur".

T.Ərdoğan vurğulayıb ki, diplomatiyanı zəifə təzyiq göstərmək baxımından qəbul etmək yolverilməzdir.