İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək


Digərləri 22 Okt 2019 07:35:00 303 0

İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

4 oktyabr 2019-cu il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu ASC - nin ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilib:

Qiymətli kağızın ISIN kodu AZ2040008685 Emissiya həcmi 20 000 000 AZN Nominal qiyməti 1000 АZN Hərrac qiyməti 1007,8333 AZN İstiqrazların tədavül müddəti 23 il Faiz dərəcəsi 3 % Faiz gəlirinin ödəniş müddəti 6 aydan bir (180 gün) Anderrayter BTB-Kapital İŞ ASC

Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.