Vatikanda “ağıllı” təsbeh yaradılıb VİDEO


Digərləri 22 Okt 2019 07:21:00 311 0

Vatikanda “ağıllı” təsbeh yaradılıb  VİDEO

Vatikanda müasir texnologiya və qurğuları sevən gənc katoliklərin kilsəyə cəlb edilməsi məqsədilə "ağıllı" təsbeh buraxılıb.

Son.az ictnews.az-a istinadən bildirir ki, "eRosary" adlı qurğu 10 əqiq və gematit muncuq dənəsini özündə birləşdirən kiçik təsbeh və elektron proqram təminatının quraşdırıldığı xaçdan ibarətdir.

Təsbeh dini məzmunlu xüsusi mobil proqram vasitəsilə sinxronlaşır. Bundan başqa, qurğunu aktivləşdirmək üçün xaç vurmaq tələb olunur. Proqram işə salındıqdan sonra "eRosary" istifadəçisi müvafiq duanı seçə biləcək. Öz növbəsində proqram istifadəçinin təsbehdən necə və nə qədər istifadə etməsi haqqında məlumatları yaddaşda saxlayır.

Bundan əlavə, təsbehi biləyə taxmaq mümkündür - qurğu adi fitnes bilərziyi kimi addım və digər sağlamlıq göstəricilərini qeydə alacaq.

(adsgarden = window.adsgarden || []).push({});