Tramp Türkiyəni sanksiyalarla hədələyib


Digərləri 22 Okt 2019 06:21:00 272 0

Tramp Türkiyəni sanksiyalarla hədələyib

ABŞ prezidenti Donald Tramp Türkiyəni rüsumlar və sanksiyalarla hədələyib

Bakı. ABŞ prezidenti Donald Tramp Türkiyəni rüsumlar və sanksiyalarla hədələyib. Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu D.Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə açıqlamasında deyib. ABŞ prezidenti bildirib: "Əgər Türkiyə özünü lazım olmayan şəkildə apararsa, düşünmürəm ki, belə ola, amma bizim heç kimin bilmədiyi qüvvəmiz var - bu, sanskiyalardır, bu, rüsumlardır Biz rüsumlar tətbiq edəcəyik, biz sanksiyalar tətbiq edəcəyik". (adsgarden = window.adsgarden || []).push({}); D.Tramp qeyd edib ki, ABŞ ölkəyə gələn Türkiyə mallarına rüsumlar tətbiq edəcək: "Onlar ABŞ-a böyük həcmdə polad, o cümlədən digər mallar göndərirlər. Biz bu mallara rüsumlar tətbiq edəcəyik, biz onlara qarşı sanksiyalar tətbiq edəcəyik". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin