Sağlam uşaq dünyaya gətirmək istəyirsinizsə... Ginekoloqun vacib tövsiyələri


Digərləri 21 Okt 2019 23:39:00 438 0

Sağlam uşaq dünyaya gətirmək istəyirsinizsə...  Ginekoloqun vacib tövsiyələri

Son.az saglamolun.az-a istinadən mama-ginekoloq Pərvin Mikayılzadənin yazısını təqdim edir.

Körpənin doğulmasına dair keçirilən hazırlıq mərhələsi çox məsuliyyətli bir işdir.

Gələcəkdə hamiləlik dövründə, doğuşda və körpənin sağlamlığında heç bir problemin yaranmaması naminə əvvəldən hamiləliyə hazırlıq vacibdir.

Hamiləlikdən öncə həyat yoldaşınızla birgə ginekoloqa müraciət edin. Hamiləliyə hazırlıq proqramının hələ hamiləliyin planlaşdırılmasından 3 ay öncədən keçirilməsi məsləhət görülür. Belə olan halda müayinə zamanı aşkarlana bilən əksər problemlər bu dövr ərzində öz həllini tapa bilər.

Ginekoloji müayinə zamanı cinsi yolla keçən xəstəliklər və PAP yaxma da daxil olmaqla, kompleks bir müayinə bu vaxta qədər bilmədiyiniz bəzi problemlərin ortaya çıxmasını təmin edə bilər.

Bütün peyvəndləri etdirməyinizdən əmin olun.  Bəzi uşaq infeksiyalarını keçirməyə bilərsiniz. Bunlara qarşı peyvənd etdirməyiniz vacib ola bilər. Bəzi vaksinlərin vurulması belə anlarda heç də təhlükəli hesab olunmur. Lakin məxmərək kimi peyvəndin hələ hamiləliyin planlaşdırıldığı andan 3 ay öncə edilməsi zəruri hesab olunur.

Bəzi infeksiya və viruslar (sitomeqalovirus, toksoplazmoz, herpes, məxmərək, ureoplazma, mikoplazma) uzun illər orqanizmdə qalaraq heç bir əlamətlə ifadə edilməməklə həyatın sonuna qədər aşkar edilməyə bilər.

Bu infeksiyalara hamiləlik zamanı yoluxma ana və döl üçün təhlükə yarada bilər.  İnfeksiyaların qanda aşkar edilməsinin ən dəqiq metodu PZR (polimer zəncirvari reaksiya) ilə aparılan DNT-nin müəyyən edilməsi metodudur.

Həm qadın, həm də kişinin sağlamlığını dəyərləndirmək üçün müayinə və analizlərin siyahısı:

- Terapevt konsultasiyası, sidiyin və qanın ümumi analizinin verilməsi.

- Endokrinoloqun konsultasiyası və qalxanvari vəzin ultrasəs müayinəsi (USM).

- Kiçik canaq orqanlarının USM və ginekoloqun konsultasiyası. Kişi üçün, uroloqun və ya androloqun konsultasiyası.

- Cinsi yolla yoluxan infeksiyaların laborator müayinəsi.

(adsgarden = window.adsgarden || []).push({});