Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi


Digərləri 21 Okt 2019 22:54:00 170 0

Prezident İlham Əliyev: Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi

Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi

Bu xəbəri də oxu: Fərman və sərəncamın fərqi

Bakı. Bəzi indiki dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, Heydər Əliyev hər bir təhlükəyə, məhrumiyyətə getməyə hazır idi. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul etdiyi zaman deyib. Prezident İlham Əliyev bildirib: "Hacıbala müəllim, siz bu gün mənə Baş Nazirin müavini vəzifəsindən azad olunmağınızla bağlı ərizə göndərmisiniz. Mən istərdim ki, sizə gördüyünüz işlərə görə öz təşəkkürümü bildirim. Uzun illərdir ki, siz müxtəlif vəzifələrdə çalışırsınız, həm Baş Nazirin müavini vəzifəsində, 17 il Bakı Şəhər İcra Hakimiyyətinin başçısı kimi və son il yarımda yenə də Baş Nazirin müavini işləyirsiniz. Bilirəm ki, siz həmişə ulu öndər Heydər Əliyevə sadiq olmusunuz. Heydər Əliyev üçün ən ağır dövrlərdə siz öz sözünüzü demisiniz. Bəzi gənclər əlbəttə ki, bunu bilmir və bəzi adamlar bunu yaddan çıxarır. Amma mən heç vaxt bunu unutmuram ki, o vaxt süni şəkildə ortalığa atılmış yaş senzi məsələsinə qarşı siz qəti etiraz bildirmisiniz. O vaxt ulu öndər Heydər Əliyevin xalq qarşısında nüfuzu çox yüksək idi və xalq ondan başqa heç kimi rəhbər vəzifəsində görmürdü. Onun gələcək fəaliyyətini əngəlləmək üçün o vaxt partokrat hakimiyyət yaş senzi kimi çox cəfəng bir qaydanı tətbiq etmişdi. Səhv etmirəmsə, 65 yaşdan yuxarı olan şəxs Prezident ola bilməzdi. Ulu Öndərin də o vaxt 69 yaşı vardı və yadımdadır, siz parlamentin qarşısında kütləvi etiraz aksiyaları təşkil etmisiniz, öz sözünüzü demisiniz, heç kimdən qorxmamısınız. Çünki o vaxt repressiya təhlükəsi çox böyük idi və Heydər Əliyevin hakimiyyətə gəlməsini əngəlləmək istəyənlər müxtəlif çirkin əməllərə əl atmışlar. Heydər Əliyevin yaxın silahdaşı Əjdər Xanbabayevi vəhşicəsinə qətlə yetirdilər, özü də nə vaxt? Həmin gün ki, Heydər Əliyev Moskvadan Bakıya gəlməli idi. Mən ondan bir gün qabaq Bakıya gəlmişdim ki, onu qarşılayım. Onun gəlişini əngəlləmək, ona hədə-qorxu gəlmək üçün günahsız bir insanı, ziyalını – Əjdər Xanbabayevi həmin o dəstə qətlə yetirdi. Düzdür, sonra onu öldürənlər öz layiqli cəzalarını aldılar və Heydər Əliyevin Azərbaycana qayıtmasını heç kim əngəlləyə bilmədi. Bütün təhlükələrə baxmayaraq, o, Bakıya gəldi, öz sözünü dedi. İndiki bəzi dırnaqarası özünü lider adlandıran qorxaqlardan fərqli olaraq, o, hər bir təhlükəyə, hər bir məhrumiyyətə getməyə hazır idi. Onun böyüklüyü bundadır və siz Hacıbala müəllim, o vaxt öz sədaqətinizi göstərmisiniz, həm Ulu Öndərə, həm Vətənə, dövlətə, xalqımıza. Çünki Heydər Əliyevin hakimiyyətə gəlməsi bizi çox böyük fəlakətdən qorudu. Təsadüfi deyil ki, Ulu Öndər Sizə böyük vəzifələr təklif etmişdir, Baş Nazirin müavini vəzifəsinə təyin etdi, ondan sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, ondan əvvəl isə siz Suraxanı rayonunda icra başçısı işləmisiniz. Yadımdadır, sizin o vaxt fəaliyyətiniz də bəziləri üçün bir növ təəccüblü idi, çünki bildiyimə görə, qapılarınız açıq idi, kim istəyirdi gəlirdi. Vətəndaşların problemləri ilə maraqlanırdınız və bu, bir novatorluq idi. İndi bəziləri bunu yaddan çıxarır, amma mən yaddan çıxarmıram və bu gün sizi dəvət etmişəm ki, bunu sizə deyim və Azərbaycan vətəndaşları da bunu bilsinlər. Ancaq həyat yerində durmur, qarşıya yeni vəzifələr qoyulur, yeni çağırışlar qarşımızda durur. Yaşınız da artıq 75-i keçibdir və əlbəttə ki, daha gənc nəslə yol vermək lazımdır. Ona görə sizin ərizə ilə mənə müraciətinizi yüksək qiymətləndirirəm. Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər. Hər halda mən buna ümid edirəm. Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Prezident İlham Əliyev MDBMİni yubiley münasibətilə təbrik edib like
  • 21 Okt 22:49  
Siyasət Prezident İlham Əliyev MDBMİni yubiley münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlə

arrow Ətraflı
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə... like
  • 21 Okt 22:44  
Digərləri Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə...

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

arrow Ətraflı
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib like
  • 21 Okt 22:44  
Digərləri Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlə

arrow Ətraflı
Daha bir ölkədə pensiya yaşı artırılır like
  • 21 Okt 22:35  
Digərləri Daha bir ölkədə pensiya yaşı artırılır

İsveç parlamenti ölkədə pensiya yaşının artırılmasına səs verib. Bu,

arrow Ətraflı
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb like
  • 21 Okt 22:30  
Digərləri Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

arrow Ətraflı
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb like
  • 21 Okt 22:25  
Digərləri Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətə

arrow Ətraflı
Çin varlıların sayına görə ABŞı keçdi like
  • 21 Okt 22:10  
Dünya Çin varlıların sayına görə ABŞı keçdi

Çin daha imkanlı insanların sayına görə ilk dəfə ABŞ-ı geridə qoyub.

arrow Ətraflı
Avtomobillə vurulan piyada xəstəxanada öldü like
  • 21 Okt 22:04  
Digərləri Avtomobillə vurulan piyada xəstəxanada öldü

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəs

arrow Ətraflı
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb like
  • 21 Okt 22:00  
Digərləri Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətə

arrow Ətraflı
YPG/PKK indi də İsraildən yardım istədi: like
  • 21 Okt 21:59  
Dünya YPG/PKK indi də İsraildən yardım istədi:

"Sülh çeşməsi" əməliyyatı ilə çıxılmaz vəziyyətdə qalan

arrow Ətraflı