Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib


Digərləri 21 Okt 2019 22:44:00 117 0

Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (Universitetini) (MDBMİ) yubiley münasibətilə təbrik edib

Bakı. Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu (Universitetini) (MDBMİ) yubiley münasibətilə təbrik edib. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu MDBMİ-nin 75 illiyi münasibətilə təntənəli tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubunu oxuyub. Məktubda deyilir: "Hörmətli Anatoli Vasilyeviç, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlərin İnstitutunun (Universitetinin) 75 illiyi münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin. Diplomatik kadrların unikal ocağı olan MDBMİ böyük və şanlı yol keçib. Bu gün MDBMİ haqlı olaraq Rusiya ali təhsilinin flaqmanı, keyfiyyətli təhsilin rəmzi sayılır və həqiqətən də dünya əhəmiyyətli nüfuzlu təhsil ocaqlarından biridir. Onun divarları arasından dövlət və ictimai xadimlərin, siyasətçi, alim, yüksəkixtisaslı mütəxəssislərin parlaq pleyadası çıxıb. Təhsil illərində əldə edilən dərin biliklər, geniş dünyagörüşü, peşə bacarığı və vərdişləri MDBMİ məzunlarının təkcə öz vətənində deyil, həm də bütün dünyada hörmət və nüfuz sahibi olmalarına imkan verir. Mənə çox xoşdur ki, MDBMİ mənim üçün də alma-materdir. Mən tələbəlik illərimi həmişə xüsusi minnətdarlıq və səmimiyyətlə xatırlayıram və MDBMİ-nin məzunu adını qürurla daşıyıram. Əminəm ki, tədris prosesinin yüksək səviyyədə təşkili və pedaqoji heyətin təcrübəsi sayəsində MDBMİ müasir dünyanın tələblərinə cavab verən kadrların hazırlanması üçün öz sarsılmaz ənənələrinə bundan sonra da sadiq qalacaq. Hörmətli Anatoli Vasilyeviç, Sizə, MDBMİ-nin bütün müəllim və tələbələrinə qarşıya qoyulan məqsədlərə çatmaq üçün müvəffəqiyyət arzu edirəm və ən xoş arzularımı yetirirəm". MDBMİ-nin rektoru Anatoli Torkunov jurnalistlərə müsahibəsində vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini yüksək qiymətləndirir. O deyib: "Azərbaycan Prezidentinin təbrik sözləri bizim üçün hədiyyədir. Çoxumuz onu şəxsən tanıyırıq. Onu gözəl insan kimi tanıyırıq. O, nəinki burada təhsil alıb, həm də 5 il MDBMİ-də işləyib. Biz onun səmimi münasibətini qoruyub saxlamasını və universiteti daim xatırlamasını yüksək qiymətləndiririk. Ümumi yubileyimiz münasibətilə ona xoşbəxtlik, cansağlığı və firavanlıq diləyirəm!" Səfir P.Bülbüloğlu təntənəli tədbirdə MDBMİ-nin rektoru Anatoli Torkunova "Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi" medalını da təqdim edib. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Daha bir ölkədə pensiya yaşı artırılır like
  • 21 Okt 22:35  
Digərləri Daha bir ölkədə pensiya yaşı artırılır

İsveç parlamenti ölkədə pensiya yaşının artırılmasına səs verib. Bu,

arrow Ətraflı
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb like
  • 21 Okt 22:30  
Digərləri Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

arrow Ətraflı
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb like
  • 21 Okt 22:25  
Digərləri Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətə

arrow Ətraflı
Çin varlıların sayına görə ABŞı keçdi like
  • 21 Okt 22:10  
Dünya Çin varlıların sayına görə ABŞı keçdi

Çin daha imkanlı insanların sayına görə ilk dəfə ABŞ-ı geridə qoyub.

arrow Ətraflı
Avtomobillə vurulan piyada xəstəxanada öldü like
  • 21 Okt 22:04  
Digərləri Avtomobillə vurulan piyada xəstəxanada öldü

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəs

arrow Ətraflı
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb like
  • 21 Okt 22:00  
Digərləri Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətə

arrow Ətraflı
YPG/PKK indi də İsraildən yardım istədi: like
  • 21 Okt 21:59  
Dünya YPG/PKK indi də İsraildən yardım istədi:

"Sülh çeşməsi" əməliyyatı ilə çıxılmaz vəziyyətdə qalan

arrow Ətraflı
Aygün küsülü olduğu həmkarlarını təbrik etdi like
  • 21 Okt 21:54  
Şou-biznes Aygün küsülü olduğu həmkarlarını təbrik etdi

Xalq artisti Aygün Kazımova bu gün onunla eyni fəxri ada layiq görülən h

arrow Ətraflı
Min illər əvvələ aid 30 tabut aşkar olundu like
  • 21 Okt 21:50  
Digərləri Min illər əvvələ aid 30 tabut aşkar olundu

Misirli arxeoloqlar Əl-Əssasif məzarlığında yaxşı qorunmuş və içində

arrow Ətraflı
Keçmiş həyat yoldaşını zorlamaq istədi, sonra bıçaqladı like
  • 21 Okt 21:45  
Kriminal Keçmiş həyat yoldaşını zorlamaq istədi, sonra bıçaqladı

Suraxanı rayonunda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirli

arrow Ətraflı
Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb like
  • 21 Okt 21:40  
Digərləri Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçir

arrow Ətraflı
Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib (FOTO) like
  • 21 Okt 21:38  
Digərləri Beynəlxalq Muğam Mərkəzində Sara Qədimovanın xatirə gecəsi keçirilib (FOTO)

“Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycanın Xalq artisti, xa

arrow Ətraflı