Prezident İlham Əliyev: Sizin istefanız iqtidar komandasında təmsil olunan digər yoldaşlara da yaxşı bir örnək olacaqdır


Digərləri 21 Okt 2019 22:47:00 134 0

Prezident İlham Əliyev: Sizin istefanız iqtidar komandasında təmsil olunan digər yoldaşlara da yaxşı bir örnək olacaqdır

Sizin istefanız iqtidar komandasında təmsil olunan digər yoldaşlara da yaxşı bir örnək olacaqdır

Bu xəbəri də oxu: Binəqədidə təndirxana yanıb

Bakı. Sizin istefanız iqtidar komandasında təmsil olunan digər yoldaşlara da yaxşı bir örnək olacaqdır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Baş Nazirinin müavini Əli Həsənovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul etdiyi zaman deyib. Dövlət başçısı bildirib: "Hörmətli Əli müəllim, bu gün siz mənim ünvanıma ərizə yazmısınız. Ərizədə tutduğunuz vəzifədən azad olunmağınızı xahiş edirsiniz. İstərdim ki, sizə ölkəmizin inkişafına verdiyiniz töhfələrə görə təşəkkürümü bildirim. Siz uzun illərdir ki, Azərbaycanın hərtərəfli inkişafında fəal rol oynayırsınız. Ulu öndər Heydər Əliyev tərəfindən irəli çəkilmisiniz, hələ sovet dövründə onun qərarı ilə yüksək vəzifələrə təyin olunmusunuz, müstəqillik dövründə 21 ildir ki, Baş Nazirin müavini vəzifəsində çalışırsınız, son 16 il ərzində mənim rəhbərliyimlə. Əlbəttə, sizə olan yüksək etimad onu göstərir ki, tutduğunuz vəzifələrdə işin öhdəsindən şərəflə gəlmisiniz. Ancaq, əlbəttə, həyat yerində durmur, yeni Baş Nazir təyin edilib, Nazirlər Kabineti qarşısında yeni vəzifələr qoyulub. Bir də ki, siz pensiya yaşına çatmısınız, 71 yaşınız var və əlbəttə, gənc kadrlara yer vermək üçün hesab edirəm ki, siz yaxşı nümunə göstərirsiniz. Ümid edirəm ki, iqtidar komandasında təmsil olunan digər yoldaşlara da bu, yaxşı bir örnək olacaqdır. Eyni zamanda, siz ictimai-siyasi həyatda fəal rol oynayırsınız və mənim tövsiyəmlə Yeni Azərbaycan Partiyası sizi sədrin müavini vəzifəsinə layiq görübdür. Bu, həm mənim tərəfimdən, eyni zamanda, partiya üzvləri tərəfindən sizin fəaliyyətinizə verilən yüksək qiymətdir və böyük etimaddır. Əminəm ki, siz komandanın etibarlı üzvü kimi bundan sonra da fəaliyyət göstərəcəksiniz. Hesab edirəm ki, partiya işində fəallığa daha böyük ehtiyac var. Mənim göstərişimlə Yeni Azərbaycan Partiyasının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində əlavə addımlar atılmalıdır. Son vaxtlar siz bu sahəyə daha fəal qoşulmusunuz və bölgələrə səfərlər edirsiniz. Mənə göndərdiyiniz arayışlarda bölgələrdə mövcud vəziyyətlə bağlı məlumatlar və görüləcək işlər haqqında təkliflər verirsiniz. Mən bir daha sizin uzun illər Azərbaycan naminə gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm. Əmin olduğumu bildirirəm ki, siz gələcəkdə ölkəmizin ictimai-siyasi həyatında öz sözünüzü deyəcəksiniz". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə... like
  • 21 Okt 22:44  
Digərləri Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə...

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb.

arrow Ətraflı
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib like
  • 21 Okt 22:44  
Digərləri Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlə

arrow Ətraflı
Daha bir ölkədə pensiya yaşı artırılır like
  • 21 Okt 22:35  
Digərləri Daha bir ölkədə pensiya yaşı artırılır

İsveç parlamenti ölkədə pensiya yaşının artırılmasına səs verib. Bu,

arrow Ətraflı
Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb like
  • 21 Okt 22:30  
Digərləri Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb

arrow Ətraflı
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb like
  • 21 Okt 22:25  
Digərləri Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətə

arrow Ətraflı
Çin varlıların sayına görə ABŞı keçdi like
  • 21 Okt 22:10  
Dünya Çin varlıların sayına görə ABŞı keçdi

Çin daha imkanlı insanların sayına görə ilk dəfə ABŞ-ı geridə qoyub.

arrow Ətraflı
Avtomobillə vurulan piyada xəstəxanada öldü like
  • 21 Okt 22:04  
Digərləri Avtomobillə vurulan piyada xəstəxanada öldü

Binəqədi rayonunun Biləcəri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəs

arrow Ətraflı
Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb like
  • 21 Okt 22:00  
Digərləri Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı 18 faiz artıb

Bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətə

arrow Ətraflı
YPG/PKK indi də İsraildən yardım istədi: like
  • 21 Okt 21:59  
Dünya YPG/PKK indi də İsraildən yardım istədi:

"Sülh çeşməsi" əməliyyatı ilə çıxılmaz vəziyyətdə qalan

arrow Ətraflı
Aygün küsülü olduğu həmkarlarını təbrik etdi like
  • 21 Okt 21:54  
Şou-biznes Aygün küsülü olduğu həmkarlarını təbrik etdi

Xalq artisti Aygün Kazımova bu gün onunla eyni fəxri ada layiq görülən h

arrow Ətraflı
Min illər əvvələ aid 30 tabut aşkar olundu like
  • 21 Okt 21:50  
Digərləri Min illər əvvələ aid 30 tabut aşkar olundu

Misirli arxeoloqlar Əl-Əssasif məzarlığında yaxşı qorunmuş və içində

arrow Ətraflı
Keçmiş həyat yoldaşını zorlamaq istədi, sonra bıçaqladı like
  • 21 Okt 21:45  
Kriminal Keçmiş həyat yoldaşını zorlamaq istədi, sonra bıçaqladı

Suraxanı rayonunda keçmiş həyat yoldaşını qətlə yetirməkdə təqsirli

arrow Ətraflı