Bir neçə saatları qalıb, yoxsa əməliyyat yenidən başlayacaq


Dünya 21 Okt 2019 21:30:00 312 0

Bir neçə saatları qalıb, yoxsa əməliyyat yenidən başlayacaq

"ABŞ-la əldə edilən razılaşmaya əsasən, 120 saat ərzində Suriyanın şimalındakı bütün terror ünsürləri oradan geri çəkilməlidirlər".

Son.az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, "TRT World Forum"unda çıxışı zamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

XİN başçısı sanksiyalar altında yaşamağın mümkünsüz olduğunu bildirib.

"YPG/PYD terrorçuları hazırda nəzarət etdiyimiz bölgələri tərk etməyə başlayıblar. 35 saat qalıb, 35 saat ərzində geri çəkilməsələr, "Sülh bulağı" hərəkatı yenidən başlayacaq. Sabah Soçidə Rusiya Prezidenti Vladimir Putinlə görüşəcəyik. Bu görüş də olduqca əhəmiyyətlidir", - deyə Çavuşoğlu vurğulayıb.