Masazır su anbarında faciə Elektrik cərəyanı montyoru vurub öldürdü


Digərləri 21 Okt 2019 20:39:00 300 0

Masazır su anbarında faciə  Elektrik cərəyanı montyoru vurub öldürdü

Abşeron rayonunda gənc oğlanı elektrik cərəyanı vurub.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə Abşeron rayonunun Masazır qəsəbəsindəki Masazır - 82 su anbarında baş verib.

Abşeron rayonunun Mehdiabad qəsəbə sakini, 1994-cü il təvəllüdlü Yusifov Cahil Namiq oğlu işlədiyi su anbarında izoliyasiya işləri apararkən, kustar üsulla hazırlanmış, üzərinə projektor quraşdırılmış işıq dirəyinin yerini dəyişərkən onu elektrik cərəyanı vurub. C.Yusifov hadisə yerində keçinib.

Faktla bağlı cinayət işi açılıb.