Tünzalə Ağayeva: "Ad günümdə belə bir hədiyyə almağım qürurvericidir"


Şou-biznes 21 Okt 2019 20:14:00 270 0

Tünzalə Ağayeva: "Ad günümdə belə bir hədiyyə almağım qürurvericidir"

Çox sevincli və qürurluyam. Doğum günümdə belə bir hədiyyə almağım qürurvericidir.  

Son.az bildirir ki, Bunu Oxu.az-a Xalq artisti adına layiq görülən müğənni Tünzalə Ağayeva deyib.

"Bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki 43 yaşımda prezidentim və dövlətimdən mənim üçün çox böyük əhəmiyyət daşıyan, mənə şərəf verən, qürurlandıran hədiyyə aldım. Xalq artisti adı həm sevinclidir, həm də böyük məsuliyyətdir. Hər zaman mədəniyyətimizə faydalı olan sənət insanı olmağa çalışmışam. Sadəcə, öz maraqlarımı deyil, mədəniyyətimizi, milli-mənəvi maraqlarımızı, sənətdə deyə biləcəyim, yaşada biləcəyim hər şeyi qorumağa və təbliğ etməyə çalışmışam. Bu əqidəm də hər zaman belə qalacaq. Vətənimi və dövlətimi çox sevirəm. Prezidentimizin növbəti etimadını doğruldacağam.

2006-ci ildə Əməkdar artist adı aldığım günü yaşadığım sevinci xatırlayıram. Bu gün də eyni duyğuları yaşayıram. Prezident İlham Əliyevə minnətdaram. Allah həmişə dövlət başçımızı dövlətimizin başında və həyatımızda var eləsin. Bütün zəhmətləri min qat bərəkətlə özünü göstərsin", - deyə Tünzalə Ağayeva bildirib.  

Tünzalə Ağayeva həmkarlarını da təbrik edib: