AYB-nin Gəncə bölməsində “Nəsimi günü” adlı tədbir keçirilib


Digərləri 21 Okt 2019 19:48:33 257 0

AYB-nin Gəncə bölməsində “Nəsimi günü” adlı tədbir keçirilib

AYB-nin Gəncə bölməsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Nəsimi günü” adlı tədbir keçirilib.

Bakı. AYB-nin Gəncə bölməsində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Nəsimi günü” adlı tədbir keçirilib. Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan AYB-nin Gəncə bölməsinin sədri, şair-dramaturq, Əməkdar mədəniyyət işçisi Xəzangül Hüseynova tədbirin əhəmiyyətindən danışıb. İmadəddin Nəsimi dühasının 650 ildir bəşəriyyəti heyran etdiyini söyləyən X.Hüseynova şairin həyatı və yaradıcılığı haqqında məlumat verib. Birinci vitse-prezident Mehriban Əliyevanın dahi mütəfəkkirin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə Gəncəbasar yazarlarının da qoşulacağını vurğulayıb. Yazıçı, Əməkdar jurnalist Qərib Mehdi, yazıçı-publisist Nüşabə Əsəd Məmmədli çıxışlarında Nəsimi təfəkküründən doğulan əsərlərin mahiyyətinin hələlik tam açılmadığını bildirib, Nəsiminin hər misrası üzərində düşünməyin lazım olduğunu diqqətə çatdırıblar. (adsgarden = window.adsgarden || []).push({}); Məktəblilər Nəsiminin şerlərini rus, ingilis və ərəb dillərində söyləyiblər. Tədbirə qatılmış şairlər Nəsimiyə həsr etdikləri şeirlərini oxuyublar. Sonda iştirakçılar Nəsimi dünyasına həsr edilmiş sərgiyə baxıblar. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin