Bu ölkədə təyyarə avtomobillərin üzərinə düşdü


Dünya 21 Okt 2019 19:29:00 327 0

Bu ölkədə təyyarə avtomobillərin üzərinə düşdü

Braziliyanın cənub-şərqindəki Belu Orizonti şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 3 nəfər həlak olub.

Daha 3 nəfərin isə xəsarət aldığı deyilir.

Təyyarə küçədə park etmiş avtomobillərin üstünə düşüb. Nəticədə ərazidə yanğın başlayıb.