Denge qızdırmasından ölənlərin sayı 70i keçib


Dünya 21 Okt 2019 19:09:00 296 0

Denge qızdırmasından ölənlərin sayı 70i keçib

Şri-Lankada bu ilin əvvəlindən başlayaraq denge qızdırmasına yoluxanların sayı 55 min nəfəri keçib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu müddət ərzində ölənlərin sayı 70 nəfərdən çox olub.

Bildirilir ki, təkcə paytaxt Kolombo və ətrafında dengeyə yoluxanların sayı 12 minə yaxın olub.

Ümumilikdə ölkənin beş əyalətində yüksək yoluxma riskinin mövcud olduğu qeyd edilir.