Baş direktor: Yaxşı idarəolunan əqli mülkiyyət sistemi elmi-texniki inkişafın innovasiyalı sıçrayışına xidmət edə bilər (FOTO)


Digərləri 21 Okt 2019 18:33:00 349 0

Baş direktor: Yaxşı idarəolunan əqli mülkiyyət sistemi elmi-texniki inkişafın innovasiyalı sıçrayışına xidmət edə bilər (FOTO)

“Əqli mülkiyyətin cəmiyyətin sıçrayışla elmi-texnki inkişafında rolu” adlı konfrasda əqli mülkiyyətin inkişaf gündəliyinə daxil olan bir çox nəzəri və praktiki mövzular müzakirə edilib.

Bakı. Yaxşı idarəolunan əqli mülkiyyət sistemi elmi-texniki inkişafın innovasiyalı sıçrayışına xidmət edə bilər. Trend-in məlumatına görə, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş direktoru Frensis Qarri 16-17 oktyabr tarixlərində Moskva şəhərində keçirilən Rusiya Əqli mülkyyət üzrə Federal xidmətinin (Rospatent) 23-cü Beynəlxalq konfransının iştirakçılarına ünvanladığı təbrikdə belə vurğulayıb. O, deyib: “Novatorlar iqtisadi artımın əsas hərəkətvericilərindəndir. Öz növbəsində, əqli mülkiyyət innovasiya prosesində əhəmiyyətli rola malikdir. Effektiv, balanslaşdırılmış və yaxşı idarəolunan əqli mülkiyyət sistemi elmi-texniki inkişafın innovasiyalı sıçrayışına imkan yarada və yardım edə bilər”. “Əqli mülkiyyətin cəmiyyətin sıçrayışla elmi-texnki inkişafında rolu” adlı konfrasda əqli mülkiyyətin inkişaf gündəliyinə daxil olan bir çox nəzəri və praktiki mövzular müzakirə edilmişdir. Tədbir iştirakçılarının xüsusi diqqətini cəlb edən mövzulardan biri süni intellektin mahiyyəti, hüquqi təsnifatı, əsər müəllifi kimi tanınması, onun tərəfindən yaradılan kontentin hüquqi qorunması olmuşdur. Avrasiya Patent Təşkilatının prezidenti Saule Tlevlessova öz çıxışında süni intellekt məsələsinə toxunarkən demişdir: “İki il bundan əvvəl yeni bir təhdid – blokçeyn təhdidi meydana çıxmışdır, indi isə informasiya texnologiyalarının inkişafı ilə əlaqədar daha yenisi – süni intellekt təhdidi aktuallaşmışdır”. (adsgarden = window.adsgarden || []).push({}); Onun sözlərinə görə, “bu məsələ çox maraqlı və mürəkkəbdir”. “Lakin biz bu təhdidi qəbul edirik: patent sistemi işləyir, inkişaf edir, biz süni intellektin köməyi ilə ekspertizalar keçiririk, hətta deyə bilərəm ki, bu gün hansı sahələrdə onu istifadəsi daha çox effekt verir. Bu (süni intellekt), ixtiraların təsnifləndirilməsində, ilkin patent axtarışında, sənayə nümunələrin təsvirlərinin axtarışında və, əlbəttə ki, maşın tərcüməsində olduqca fəal işlənilir”, - deyərək, o, əlavə etmişdir: “Hər şey və hamı süni intellektin əqli mülkiyyət sahəsində geniş tətbiqinə hazırdı. Müəssisələrdə, mütəxəssislərdə”. Bununla bir yerdə, qeyd edilməlidir ki, tədbir iştirakçıları süni intellektin əqli mülkiyyət sahəsində istifadəsinin nəzəri, normayaradıcı fəaliyyətə təsiri, praktiki tətbiqi aspektlərinin birmənalı qarşılanmadığını bildirmişlər. Tədbirdə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nümayəndələri də iştirak etmişlər. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin