Bal yarmarkasında məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək


Digərləri 21 Okt 2019 18:14:00 354 0

Bal yarmarkasında məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək

"Bal yarmarkasında qaydaları pozan və məhsulun keyfiyyətində sonradan dəyişiklik edən şəxslərlə bağlı tədbir görüləcək".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova deyib.

Onun sözlərinə görə, yoxlamalardan keçdikdən sonra təşkilatçı ilə alıcı arasında müqavilə imzalanıb. Müqaviləyə riayət etməyən arıçılar növbəti yarmarkalara buraxılmayacaq.

Məhsulun açıq şəkildə satışı barədə danışan L.Məmmədova bildirib ki, bu, qadağan deyil:

"MDB və Avropa ölkələrində də alıcılar həcminə və dadına görə məhsulu seçib alırlar. Təşkilat tərəfindən arıçılara uniforma və əlcək verilib. Əlcəklərdən istifadə etməyən, qaydaları pozanlar barədə tədbir görülüb, xüsusi aktlaşdırılıb".