“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsi açıldı


Digərləri 21 Okt 2019 18:09:00 364 0

“Metrovaqonmaş”da Heydər Əliyevin xatirə lövhəsi açıldı

Moskvada “Metrovaqonmaş” Səhmdar Cəmiyyətində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib

Bakı. Rusiyanın paytaxtı Moskvada “Metrovaqonmaş” Səhmdar Cəmiyyətində Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirə lövhəsinin təntənəli açılış mərasimi keçirilib. Trend bu barədə “Vestnik Kavkaza” saytına istinadən məlumat verir. Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov, “Metrovaqonmaş” SC-nin daxil olduğu “Transmaşholdinq” SC-nin direktor müavini Artyom Ledenyov və “Metrovaqonmaş” SC-nin baş direktoru Boris Boqatıryov iştirak ediblər. Mərasimdə bildirilib ki, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə ulu öndər Heydər Əliyevin tapşırığı ilə zavodun ərazisində ümumi sahəsi 15,8 min kvadratmetr olan vaqon istehsalı korpusu tikilib istismara verilib. Hazırda burada metro vaqonlarının istehsalına dair müasir sexlər fəaliyyət göstərir. Tədbir zamanı Bakıya 765 seriyalı vaqonların tədarük olunması ilə bağlı müqavilə imzalanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin