Leyla Məmmədova: "Yarmarka kənarda satılan balların qiymətinə də təsir edib"


Digərləri 21 Okt 2019 17:54:00 320 0

Leyla Məmmədova: "Yarmarka kənarda satılan balların qiymətinə də təsir edib"

Bakıda keçirilən bal yarmarkası kənarda satılan baln qiymətinə də təsir edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Aqrar Tədarük və Təchizat ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova bildirib. Onun sözlərinə görə, yarmarkada olan qiymətlər tələb və təkliflərə uyğun müəyyənləşdirilmişdi:

"Yarmarkanın sonunda satıcılar ciddi endirimlər etdilər. Bu da kənarda satılan bal məhsullarının qiymətinin də aşağı düşməsinə təsir edib. Bundan başqa 5 Oktyabr - Müəllimlər Günü ilə əlaqədar olaraq da təhsil işçilərinə 20 faiz endirim tətbiq edilmişdi".

L.Məmmədova qiymətlərlə bağlı araşdırma aparıldığını da bildirib:

"Aqrar Tədqiqatlar Mərkəzi qiymətlərlə bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsinə əsasən 2475 nəfərdən 87 faizi qiymətlərdən razı olduğunu, 11 faizi qismən razı olduğunu, 2 nəfər isə razı olmadığını bildirib".