Zaura əsəbiləşib, efiri tərk etdi


Şou-biznes 21 Okt 2019 17:59:00 256 0

Zaura əsəbiləşib, efiri tərk etdi

"Ay Zaur" verilişinin budəfəki qonağı Aşıq Əli olub.

Son.az axşam.az-a istinadən xəbər verir ki, veriliş zamanı Zaur Kamal ona Əməkdar artist Elnarə Abdullayeva ilə danışmaması barədə sual ünvanlayıb.

Onun susqunluq nümayiş etdirməsi aparıcının E.Abdullayeva ilə telefon bağlantısı yaratmasına rəvac verib.

"Mən heç kimdən küsməmişəm. Əli uşaqdır, mən hara, o hara? Qələt edir məndən inciyir. Bir az tez tərpənsəydim, Əli boyda uşağım var idi. Ayıb deyil?" sözləri ilə Zaura cavab verən Elnarə Aşıq Əlini hiddətləndirib.