AFFA danışılmış oyunlara görə iki oyunçunu futboldan kənarlaşdırdı


Digərləri 21 Okt 2019 17:57:00 267 0

AFFA danışılmış oyunlara görə iki oyunçunu futboldan kənarlaşdırdı

Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.

Bakı. Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib. Trend-in məlumatına görə, toplantı I Divizionda çıxış edən “Ağsu” klubunun bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar təşkil olunub. AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən edilib. Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.