Xatirəylə xanəndə Elnarə bir arada Küsülü idilər


Şou-biznes 21 Okt 2019 17:34:00 353 0

Xatirəylə xanəndə Elnarə bir arada  Küsülü idilər

Əməkdar artist Elnarə Abdullayevanın müğəni Xatirə İslamla yeni videosu yayılıb.

Son.az "ölkə.az"a istinadən xəbər verir ki, bir müddət öncə aralarında narazıçılıq olan müğənnilər məclislərin birində bir yerdə görünüblər.

Qeyd edək ki, Xatirənin "Toy, məclis sayəsində özünə gün-güzəran qazanır, kəndinə su çəkdirir, atasına ev tikdirir, sonra da deyir ki, "Yox-yox, müğənni qız almaram" sözlərinə əməkdar artist Elnarə Abdullayeva sərt açıqlama vermişdi:

"Kiminsə haqqımda nə deməsi qətiyyən mənə maraqlı deyil. Həmişə demişəm kim nə danışır, danışsın. Hər kəsin öz ağlı, mədəniyyəti, qabiliyyəti və dünyaya baxış tərzi var. Mənim tərbiyəm başqadır, Xatirənin tərbiyəsi başqa."

Sözügedən videonu təqdim edirik:

(adsgarden = window.adsgarden || []).push({});