Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşdi


İdman 21 Okt 2019 17:36:00 396 0

Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşdi

Bolqarıstan millisinin yeni baş məşqçisi məlum olub.

Goal.az xəbər verir ki, yığma Georgi Dermenciyevə tapşırılacaq. Bunu Bolqarıstan Futbol Birliyinin vitse-prezidenti Yordan Leçkov yerli mətbuata açıqlamasında deyib.

O, Georgi ilə razılığa gəldiklərini və yaxın zamanda təyinatı rəsmən açıqlayacaqlarını bildirib.

Son olaraq Levski-ni (Sofiya) çalışdıran 64 yaşlı mütəxəssis hazırda işsizdir.

Qeyd edək ki, Qarabağ-ın yarımmüdafiəçisi Simeon Slavçev Bolqarıstan millisinin üzvüdür.