Kataloniyada böhran: 58 jurnalist döyülüb, 3 nəfərin gözü çıxıb,


Dünya 21 Okt 2019 16:31:00 319 0

Kataloniyada böhran: 58 jurnalist döyülüb, 3 nəfərin gözü çıxıb,

Kataloniyanın müstəqillik prezidenti münaqişədən çıxış yolu tapmaq üçün mərkəzi hökuməti danışıqları davam etdirməyə çağırıb. 

"Sherg.az" "Liberation.fr"ə istinadən xəbər verir ki, şənbə günü, ardıcıl 6-cı axşam idi ki, Kataloniyada qəzəbli polislərlə etirazçılar arasında şiddətli qarşıdurma yaşanıb.

Nümayişçilər hələ Ali Məhkəmənin Kataloniyaya müstəqilliyin verilməməsinə dair hökmünü həzm etməyiblər və onlar mərkəzi hökumətə qarşı radikal çağırışlar etməyə başlayıblar.

Ona görə də, bazar ertəsi günü doqquz separatçı lideri 9-13 il müddətinə azadlıqdan məhrum ediliblər. Cümə gecəsi olduğu kimi, iğtişaşların episentri Urquinaona meydanından Milli Polis Nümayəndəliyinin yerləşdiyi Laietana küçəsi boyunca davam edib.

Məlumata görə, cümə günü baş verən qarşıdrumadan sonra  avtobuslar yandırılıb, polislər daşa basılıb, daşa basılmış polislər dəyənəklər və rezin güllələrdən istifadə ediblər.

83 nəfər həbs edilib və təxminən 182 nəfər ağır yaralanıb. Onların içərisində bir gözünü itirən 3 nümayişçi var. Sərhədsiz Reportyorların bildirdiyinə görə, 58 jurnalist təhlükəsizlik qüvvələrinin zorakılığı və təcavüzünə məruz qalıb.