Röya, Tünzalə, Mir Yusifə “Xalq artisti” fəxri adı verilidi SƏRƏNCAM


Siyasət 21 Okt 2019 17:01:00 337 0

Röya, Tünzalə, Mir Yusifə “Xalq artisti” fəxri adı verilidi  SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycan Respublikasının estrada ifaçılarına "Xalq artisti" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə "Xalq artisti" fəxri adı verilsin:

Ağayeva Tünzalə Qabil qızı

Mirbabayev Mir Yusif Mir Heydər oğlu

Nəcəfova Röyalə Yaqub qızı".