Braziliyada təyyarə avtomobillərin üzərinə düşdü - Ölənlər var


Digərləri 21 Okt 2019 17:14:00 272 0

Braziliyada təyyarə avtomobillərin üzərinə düşdü - Ölənlər var

Braziliyanın cənub-şərqindəki Belu Orizonti şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Bakı. Braziliyanın cənub-şərqindəki Belu Orizonti şəhərində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. Trend-in məlumatına görə, hadisə nəticəsində 3 nəfər həlak olub. Daha 3 nəfərin isə xəsarət aldığı deyilir. Təyyarə küçədə park etmiş avtomobillərin üstünə düşüb. Nəticədə ərazidə yanğın başlayıb. (adsgarden = window.adsgarden || []).push({}); Yanğının qarşısının alınması üçün 4 yanğınsöndürmə briqadası cəlb olunub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin