İranda güclü zəlzələ oldu - 5,6 bal


Digərləri 21 Okt 2019 15:32:00 297 0

İranda güclü zəlzələ oldu - 5,6 bal

İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Kuxerd məntəqəsi yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib.

Bakı. Elnur Bağışov - İranın cənubunda yerləşən Hörmüzqan vilayətinin Kuxerd məntəqəsi yaxınlığında 5,6 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib. Məlumata görə, zəlzələ Kuxerdin 47 kilometrliyində 10 km dərinlikdə qeydə alınıb. Zəlzələ yerli vaxtla 14:28 dəqiqədə baş verib. İnsan itkisi haqda məlumat verilməyib. (adsgarden = window.adsgarden || []).push({}); Xatırladaq ki, iyulun 8-də İranın cənub-qərbindəki Xuzistan vilayətində 5,7 bal gücündə baş verən zəlzələ nəticəsində 1 nəfər həlak olub, 112 nəfər yaralanıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin