Son 5 ildə Azərbaycanda 14 mindən çox əkiz, 380dən çox üçəm doğulub Oğlanlar üstünlük təşkil edir


Digərləri 21 Okt 2019 15:18:00 314 0

Son 5 ildə Azərbaycanda 14 mindən çox əkiz, 380dən çox üçəm doğulub  Oğlanlar üstünlük təşkil edir

Son 5 il ərzində Azərbaycanda 14 274 əkiz, 387 üçəm doğulub.

Son.az Trend-ə istinadən xəbər verir ki, əkizlərin 7038-i qız, 7236-sı oğlan olub. Əkiz qızların 3861-i şəhər, 3177-i kənd yerlərində, əkiz oğlanların 4009-u şəhər, 3227-si kənd yerlərinin payına düşüb.

Son 5 ildə ölkədə əkiz uşaqların ən çox doğulduğu il 2014-cü il olub. Həmin ildə 3148 əkiz uşaq dünyaya göz açıb. Sonrakı 4 ildə isə əkizlərin sayı getdikcə azalıb. 2015-ci ildə Azərbaycanda 3054, 2016-cı ildə 2734, 2017-ci ildə 2586, 2018-ci ildə 2752 əkiz uşaq doğulub. Əkizlərin çoxu şəhər yerlərində dünyaya gəlib.

2014-cü ildə doğulan əkizlərin 1698-i, 2015-ci ildə 1660-ı, 2016-cı ildə 1508-i, 2017-ci ildə 1442-si, 2018-ci ildə 1562-si şəhər yerlərinin payına düşüb

Üçəmlərə gəldikdə, son 5 ildə Azərbaycanda doğulan üçəmlərin sayının ən çox olduğu il 2018-ci il olub.

2014-cü ildə ölkədə 60, 2015-ci ildə 84, 2016-cı ildə 69, 2017-ci ildə 57, 2018-ci ildə 117 uçəm körpə dünyaya göz açıb.