Bayern Munich gənc futbolçusu yeni müqavilə imzaladı


İdman 21 Okt 2019 14:40:00 428 0

Bayern Munich gənc futbolçusu yeni müqavilə imzaladı

Bayern Munich gənc futbolçusu Lars Lukas May ilə müqavilənin müddətini uzadıb.

Goal.az Münhen klubunun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə 2022-ci ilin 30 iyununa qədər uzadılıb. Əvvəlki müqavilənin müddəti 2021-ci ilin yayında bitəcəkdi.

Qeyd edək ki, May 2014-cü ildə Drezden Dinamo-sundan Bayern Munich-ə keçib. Əvvəlcə kubun U-16 komandasında çıxış edən Lukas hazırda Münhen klubunun əvəzedicilərinin şərəfini qoruyur. Son mövsümlərdə isə o, arabir əsas komanda ilə də oyunlara çıxıb.