İrandan Azərbaycana 15 kq-dan artıq narkotik vasitə keçirilməsinin qarşı alınıb (FOTO)


Digərləri 21 Okt 2019 14:56:00 216 0

İrandan Azərbaycana 15 kq-dan artıq narkotik vasitə keçirilməsinin qarşı alınıb (FOTO)

İrandan Azərbaycana 15 kq-dan artıq narkotik vasitə keçirilməsinin qarşıs alınıb

Bakı. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə isti­qamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir. DSX-dən Trend-ə verilən məlumata görə, oktyabrın 18-də Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasın­dan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb. Sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərə­kəti aş­kar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanun­suz keçir­dik­ləri əşyaları ataraq geri qaçıblar. Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik va­si­tə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları ol­ma­sı müəyyən edilib. (adsgarden = window.adsgarden || []).push({}); Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin