TAP Avropa iqtisadiyyatının proqressiv dekarbonizasiyasına böyük töhfə verəcək


Digərləri 21 Okt 2019 14:15:00 292 0

TAP Avropa iqtisadiyyatının proqressiv dekarbonizasiyasına böyük töhfə verəcək

Qaz Trans-Adriatik boru kəməri (TAP) kimi infrastuktur layihələri olan Avropada iqtisadiyyatın proqressiv dekarbonizasiyasına kömək edəcək.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu TAP AG konsorsiumunun direktoru Luka Skyeppati deyib.

O bildirib ki, Avropada baş verən enerji keçidi qlobal nəticələr verəcək:

"Avropa ölkələrinin enerji və iqlim üzrə milli planı qazı enerji keçidi üçün zəruri yanacaq kimi nəzərdən keçirir".