"Sən özünü çox yekə aparma"


Şou-biznes 21 Okt 2019 14:33:00 303 0

"Sən özünü çox yekə aparma"

Aşıq Əli Xəzər televiziyasında yayımlanan "Ay Zaur" verilişinin qonağı olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, maraqlı açıqlamalar verən aşığın verilişin sonunda əsəbləşib studiyanı tərk etməsi tamaşaçıları təəccübləndirib.

Belə ki, aparıcı Zaur Kamalın onun xanəndə Elnarə ilə aralarındakı narazıçılığı aydınlaşdırmaq istəməsi aşığı özündən çıxarıb.

Əli xanəndə barəsində verilən sualları cavablandırmaq istəməyib. Bu zaman aparıcı xanəndə Elnarəyə zəng edərək küsməklərinin səbəbini ondan soruşub. Elnarə isə cavabında "Vallah, xəbərim yoxdur, kim məndən inciyib. Küsmək üçün səbəb lazımdı. Mənim heç nədən xəbərim yoxdur".

Aşıq Əli müğənninin "Mən öz işimdə-gücümdə olan adamam. Düzü, mənim üçün heç bir fərqi yoxdur, kim məndən inciyib, ya yox. Bir də Əli uşaqdı, mən hara, Əli hara?" cümlələrindən əsəbləşib.