Trend-in əməkdaşı “Dəniz və dənizçilik” mövzusunda keçirilən foto-müsabiqənin qalibi olub (FOTO)


Digərləri 21 Okt 2019 14:43:55 268 0

Trend-in əməkdaşı “Dəniz və dənizçilik” mövzusunda keçirilən foto-müsabiqənin qalibi olub (FOTO)

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi “Facebook” səhifəsində “Dəniz və Dənizçilik” mövzusunda keçirilən foto müsabiqəyə yekun vurulub.

Bakı. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) rəsmi “Facebook” səhifəsində “Dəniz və Dənizçilik” mövzusunda keçirilən foto müsabiqəyə yekun vurulub. Trend-in məlumatına görə, qaliblər 10 gün ərzində “Facebook”-da aparılan səsvermənin nəticəsində müəyyənləşib. Müsabiqədə 1-ci yerə 1100 səslə Zaur Mustafayev, 2-ci yerə 964 səslə Pərviz Babazadə, 3-cü yerə isə 398 səslə Orxan Kərimov layiq görülüb. Qaliblər mükafatlandırılıblar. Foto-müsabiqə 22 oktyabr “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin yaranması münasibətilə keçirilib. (adsgarden = window.adsgarden || []).push({}); Qeyd edək ki, 1-ci yerin qalibi Zaur Mustafayev Trend İnformasiya Agentliyinin əməkdaşıdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin