Bakıda tanışları taksi sürücüsünə hücum etdilər,


Kriminal 21 Okt 2019 13:16:00 286 0

Bakıda tanışları taksi sürücüsünə hücum etdilər,

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu ərazisidə baş verib.

Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Bağırov Arzuman Ramiz oğlu taksi kimi fəaliyyət göstərdiyi "Opel" markalı şəxsi avtomobili ilə Xətai rayonu, Babək prospekti 10 saylı ünvanın qarşısında olarkən tanışı, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Ələkbərov Sahib Könül oğlu və Emil adlı şəxs ona hücum ediblər.

Həmin şəxslər A.Bağırovu yumruqla vuraraq boynunda olan gümüş boyunbağını, 88 manat pulunu və "Samsung" markalı mobil telefonunu götürərək hadisə yerindən qaçıblar.