Topaz tərəfindən texniki problemlərin həlli ilə bağlı müraciət (18+) VİDEO


Digərləri 21 Okt 2019 13:00:00 307 0

Topaz tərəfindən texniki problemlərin həlli ilə bağlı müraciət (18+) VİDEO

Azərbaycanın yeganə rəsmi bukmeyker şirkəti olan "Topaz" yaranan texniki problemlərlə bağlı mediaya müraciət edib. Topaz bildirib ki, sistem texnologiyalarının müvəqqəti nasazlığı ilə bağlı bəzi texniki problemlər yaşanmışdır. Onlar operativ şəkildə aradan qaldırılsa da narazıçılığa səbəb olmuşlar. Məsələyə aydınlıq gətirmək üçün Topaz hər hansı bir texniki qüsurlar yarandığı halda məsuliyyəti üzərinə götürdüyünü təsdiq edir.  

Bunu "Caspiantech" şirkətinin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi Ruslan Ağayev bildirmişdir. "Bütün yazılan kuponlar MBNP tərəfindən təsdiqlənmiş qiymətli kağız sayıldığına görə dövlət tərəfindən təmin olunur, o üzdən Topaz narahatçılıq üçün heç bir səbəb olmadığına və bütün ödənişlərin həyata keçiriləcəyinə zəmanət verir. 

Gələcəkdə hər hansı bir texniki problem yaşanarsa, biletlər manual şəkildə dəyərləndiriləcək və mərc oyunları qaydalarına əsasən bütün uduşlar ödəniləcək".