“Onları kişi saymıram”


Şou-biznes 21 Okt 2019 12:48:00 225 0

“Onları kişi saymıram”

Qadına əl qaldıran kişi, ən zəif, ən aciz, özünə güvənməyən kişidir. Mən heç onları kişi də saymıram.

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri rəqqasə və aktrisa Oksana Rəsulova "X maqazin" proqramında deyib.

O, ilk həyat yoldaşının şiddətinə məruz qaldığını etiraf edib:

"İlk dəfə günlərlə ağlayırdım, küsürdüm. Sonra qorxu hissi yarandı, ikinci dəfə evdən qaçdım, rəfiqəmin evinə sığındım. Birinci həyat yoldaşımdan belə zərbələr almışam. Bu da bizim boşanma səbəbimiz olub".