Rusiyalı tarixçi: Qaregin Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib


Digərləri 21 Okt 2019 12:36:00 75 0

Rusiyalı tarixçi: Qaregin Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib

Bu gün Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə birlikdə “Qaregin Njde – faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirilib.

Bakı. İlhamə İsabalayeva - Bu gün Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) ilə birlikdə “Qaregin Njde – faşizmin və terrorizmin qəhrəmanlaşdırılması” mövzusunda tədbir keçirilib. Trend-in məlumatına görə, BMTM-in sədri Fərid Şəfiyev bildirib ki, Ermənistanda faşizim, nasizm, terrorizmin qəhrəmanlaşdırılması artıq bir siyasi mədəniyyətə çevrilib: "Burada təkcə Qaregin Njdedən söhbət getmir. Faşizmlə əməkdaşlıq edən bir sıra digər məşhur terrorçular Ermənistanda qəhrəman kimi qələmə verilir". F.Şəfiyev müxtəlif universitetlərdə belə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. BDU-nun rektoru Elçin Babayev deyib ki, Azərbaycan nə qədər çox uğur qazanırsa, onu istəməyənlər, paxıllıq edənlər azğınlaşır. Onların bunu müxtəlif yollarla həyata keçirməyə çalışdığını deyən rektor bildirib ki, ermənilərə son günlərin ən tutarlı cavabları dalbadal gəldi: "Ermənilər Soçidə Valday Klubunda aldığı zərbədən özünə gəlməmiş MDB dövlət başçılarının Aşqabaddakı görüşündə yeni zərbə aldılar. Ümumiyyətlə, bütün məsələlərdə naşı olan, küçə taktikasını seçmiş Paşinyan özünü tam gülünc vəziyyətə salır. Njde sözün həqiqi mənasında faşist olub, quldur dəstəsi yaradaraq kifayət qədər insanın ölümünə səbəb olub. Ermənistanda Njdeyə heykəlin qoyulması onu göstərir ki, onlar özlərinə qəhrəman tapa bilmir". Erməni Araşdırmalar Mərkəzinin professoru Qafar Çaxmaqlı bildirib ki, Naxçıvanda anadan olan Njde ömürboyu türk millətinə qarşı vuruşub: "O, 1912-1913-cü illərdə Birinci Dünya Müharibəsində Türkiyəyə qarşı döyüşüb. Müharibədən sonra daşnakların Türkiyəyə qarşı vuruşan dəstələrindən birinə rəhbərlik edib. Bununla yanaşı, Ermənistan Respublikasının ordu quruculuğu məsələləri ilə məşğul olub. Njde 1919-cu ilin sentyabrında daşnak hökuməti tərəfindən Zəngəzura göndərilir. Njdenin bilavasitə rəhbərliyi və göstərişi ilə azərbaycanlılar yaşayan kəndlər yandırılır, əhalisi qətlə yetirilir və öz evlərindən qovulur. Njde, həmçinin Vedibasarda və Göyçə mahalında azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir. Onun dəstələri 1920-ci ildə Azərbaycan Demokratik Respublikasının ordusu ilə döyüşlərdə iştirak edir. Ermənilərin özlərinin yazdığı kitablarda da Njdenin hansı əməllər törətdiyi qeyd olunur". Q.Çaxmaqlı deyib ki, bu gün “kasıb Ermənistan”ın müstəqillikdən sonra ən böyük büdcəli (7 milyon ABŞ dolları) filmi “milli qəhrəman” Qaregin Njde haqqında çəkilən film olub: "Burada Njde ilk erməni respublikasının (1918-1920) hərbi lideri kimi təqdim edilir, onun 1930-cu illərdə “Tseğakron” (millətçi, xristian və bütpərəst mistizminin irqçi birləşməsi) adlı ideologiya yaratması qabardılır. Filmdə onun Ermənistanı Sovet İttifaqından çıxarmaq üçün Hitlerin erməni legionunun qurulmasında aktiv iştrak etməsi göstərilir. Bütün bunların ardınca Njdeyə heykəlin qoyulması onu göstərir ki, irqçilik və faşizm bu ölkənin dövlət siyasətidir". Rusiyalı tarixçi, Qafqazşünas alim Oleq Kuznetsov bildirib ki, ermənilər Njdenin bəzi əməllərini şişirdirək onu qəhrəman kimi təqdim edirlər. Onun sözlərinə görə, ermənilər Njdenin Hitler və faşist Almaniyasının digər rəsmi şəxsləri ilə görüşdüyünü desələr də, bu görüşün olmasını təsdiqləyən heç bir rəsmi sənəd yoxdur: "Erməniləri elə rəhbər şəxslərin heç yaxınına belə buraxmayıblar. Bütün bunlar erməni uydurmasıdır". O.Kuznetsov əlavə edib ki, bu gün Ermənistanda qəhrəman kimi təqdim olunan Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar, sənədlər var: "Bu sənədlərdə Njde hərəkət etməyi Hitlerdən öyrənməyin lazım olduğunu deyir. Njde Hitlerin yəhudilərin başına gətirdiklərini misal göstərərək, ermənilərin türklərə və müsəlmanlara qarşı eyni hərəkət etməsi ilə bağlı çağırış edib. Bu, onun üçün yeni deyildi, o, dörd müharibədə bu praktikadan uğurla istifadə etmişdi". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Təranə Qumralın qızı etiraf etdi: "Anam bizə ev və maşın alıb"  VİDEO  FOTO like
  • 21 Okt 12:35  
Şou-biznes Təranə Qumralın qızı etiraf etdi: "Anam bizə ev və maşın alıb" VİDEO FOTO

ARB TV-nin efirində yayımlanan "Səhər-səhər" verilişinin növ

arrow Ətraflı
Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaq (FOTO) like
  • 21 Okt 12:32  
Digərləri Mikro və kiçik sahibkarların məhsulları "Baku Build 2019" Sərgisində nümayiş olunacaq (FOTO)

KOBİA "Baku Build 2019” Sərgisinə dəstək göstərən qurumlar sırasında

arrow Ətraflı
Porno aktrisa ona xəyanət edən sevgilisini bıçaqladı  FOTO like
  • 21 Okt 12:30  
Digərləri Porno aktrisa ona xəyanət edən sevgilisini bıçaqladı FOTO

Sevgilisini mətbəx bıçağı ilə bıçaqlayan əxlaqsız film ulduzu 15 il m

arrow Ətraflı
Azərbaycan əhalisi 9 ayda 42 milyard manatdan çox gəlir əldə edib like
  • 21 Okt 12:25  
Digərləri Azərbaycan əhalisi 9 ayda 42 milyard manatdan çox gəlir əldə edib

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirl

arrow Ətraflı
Ağdaşda avtomobillə vurulan velosipedçinin meyiti kanaldan çıxarıldı like
  • 21 Okt 12:24  
Digərləri Ağdaşda avtomobillə vurulan velosipedçinin meyiti kanaldan çıxarıldı

Ağdaş rayonunun Bulaqotağı kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş

arrow Ətraflı
Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən papiroslar aşkarlandı  FOTO like
  • 21 Okt 12:21  
Kriminal Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən papiroslar aşkarlandı FOTO

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə

arrow Ətraflı
Asiyanın və Avropanın 31 aparıcı turizm agentliyini Azərbaycana gəlib (FOTO) like
  • 21 Okt 12:20  
Digərləri Asiyanın və Avropanın 31 aparıcı turizm agentliyini Azərbaycana gəlib (FOTO)

Turizm sferasının inkişafı iqtisadiyyatımızın vacib sahələrindən birid

arrow Ətraflı
Azərbaycanda məşhur aşıq like
  • 21 Okt 12:07  
Şou-biznes Azərbaycanda məşhur aşıq

Əli, deyirlər yaxşı biznesin var. 50-dən artıq yük maşının var ("

arrow Ətraflı
Nazir: Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaqdır like
  • 21 Okt 12:00  
Digərləri Nazir: Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaqdır

Azərbaycanda elektron ticarətin ümumi ticarətdə payı 14 faiz təşkil edir

arrow Ətraflı
Əli Kərimli qanun qarşısında cavab verməlidir - RƏYLƏR like
  • 21 Okt 11:56  
Digərləri Əli Kərimli qanun qarşısında cavab verməlidir - RƏYLƏR

Əli Kərimli şəhərin mərkəzində insanları qanunsuz aksiyaya təhrik etdi

arrow Ətraflı
İki rayonda qaz olmayacaq like
  • 21 Okt 11:49  
Digərləri İki rayonda qaz olmayacaq

Xaçmaz rayonunun Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xə

arrow Ətraflı
“Səhnəyə sərbəstliyi ilk dəfə mən gətirdim” like
  • 21 Okt 11:45  
Şou-biznes “Səhnəyə sərbəstliyi ilk dəfə mən gətirdim”

ARB TV-nin "Kim var, kim yox" verilişinin növbəti qonağı xalq a

arrow Ətraflı
A seriyası matçında stadiona paraşütlə azarkeş düşüb - VİDEO like
  • 21 Okt 11:44  
İdman A seriyası matçında stadiona paraşütlə azarkeş düşüb - VİDEO

Futbol üzrə İtaliya A Seriyasında Sassuolo - İnter (4:3) komandaları a

arrow Ətraflı