Nazir: Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaqdır


Digərləri 21 Okt 2019 12:00:00 220 0

Nazir: Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaqdır

Azərbaycanda elektron ticarətin ümumi ticarətdə payı 14 faiz təşkil edir

Bakı. Eldar Canaşvili: Azərbaycanda elektron ticarətin ümumi ticarətdə payı 14 faiz təşkil edir. Trend-in məlumatına görə, bunu 2-ci Bakı Elektron Ticarət Forumunda (BEF-2019) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə deyib. Nazir bildirib ki, yaxın illərdə dünyada elektron ticarət sürətlə inkişaf edəcək: “Ölkəmiz də istisna deyil. Azərbaycanda elektron ticarətin inkişafı üçün zəruri şərait mövcuddur. Texnoloji innovasiyalar elektron ticarətdə yeni imkanlar açır”. (adsgarden = window.adsgarden || []).push({}); R.Quluzadənin sözlərinə görə, hazırda Azərbaycanda internet istifadəçiləri arasında xarici elektron ticarət platformaları daha populyardır: “Məqsədimiz daxili bazarda elektron ticarətin payını artırmaq, eyni zamanda milli məhsullarımızı xarici bazarlara çıxarmaqla elektron ticarəti təşviq etməkdir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin