Bank VTB (Azərbaycan)ın Satışların inzibatçılığı və şəbəkənin inkişafı şöbəsinin müdiri Elmar İbrahimovun kreditlərin yenidən maliyyələşdirilməsi məhsulu barədə müsahibəsi


Digərləri 21 Okt 2019 11:50:00 255 0

Bank VTB (Azərbaycan)ın Satışların inzibatçılığı və şəbəkənin inkişafı şöbəsinin müdiri Elmar İbrahimovun kreditlərin yenidən maliyyələşdirilməsi məhsulu barədə müsahibəsi

Bank VTB (Azərbaycan)-ın Satışların inzibatçılığı və şəbəkənin inkişafı şöbəsinin müdiri Elmar İbrahimovun kreditlərin yenidən maliyyələşdirilməsi məhsulu barədə müsahibəsini təqdim edirik.

Kreditlərin yenidən maliyyələşdirilməsi məhsulunun digər kredit məhsullarından fərqi nədir?

"Refinans" krediti müəyyən məqsəd - mövcud olan çoxsaylı kreditləri daha sərfəli şərtlərlə bir kreditdə birləşdirmək üçün verilir. Bəzi hallarda bir neçə krediti olan şəxs borc üzrə öhdəliyini yerinə yetirməkdə çətinliklə üzləşir. Bura ödənişlərin müxtəlif vaxtlarda olması, kredit üzrə yüksək aylıq ödənişlər və s. məsələlər daxildir. Məhz, elə bu zaman, bir neçə kreditin yenidən maliyyələşdirilməsi üçün müraciət etmək, bununla da kredit üzrə faiz dərəcəsini və borc yükünü azaltmaq olar.

Bank VTB (Azərbaycan)-da "Refinans"- yenidən maliyyələşmə krediti hansı şərtlərlə həyata keçirilir?

Bank VTB (Azərbaycan) müştərilərə kreditlərin yenidən maliyyələşdirilməsi üzrə sərfəli şərtlər təklif edir. Kredit milli valyutada 12 aydan 48 ayadək  verilir. Kreditin məbləği 1000-15 000 manat təşkil edir, faiz dərəcəsi illik 18%-dir və kreditin müddətindən asılı olaraq dəyişə bilər.

Bank VTB (Azərbaycan)-ın təklif etdiyi "Refinans" kreditinin üstünlükləri hansılardır?

Məhsulumuzun əsas üstünlüyü digər banklardakı borcları bağlamaq üçün ayrılan vəsaitlə yanaşı, əlavə nağd vəsaitin də verilməsidir. Belə ki, müştəri həm müxtəlif banklarda mövcud olan kreditlərini bağlayır, həm öz cari maliyyə ehtiyaclarını ödəmək üçün müəyyən məbləğdə vəsait əldə edir. Bu vəsaitin maksimal məbləği yenidən maliyyələşən kreditin ilkin məbləğinin 30%-ə bərabərdir. Burada müştərinin gəliri və onun ödəniş qabiliyyətliyi nəzərə alınır. Bank VTB (Azərbaycan)-ın "Refinans" kreditinin üstünlüklərinə kredit üzrə komissiya və sığorta üzrə xərclərin olmaması da aiddir. Bundan başqa, bütün kreditləri birləşdirib bir banka keçirtmək müştəri üçün daha rahatdır - ay ərzində müxtəlif kredit təşkilatlarında bir neçə kredit üzrə ödəniş etməyə ehtiyac olmur.

Kreditin yenidən maliyyələşdirilməsi üçün əsas tələblər nədir?

İlk növbədə, müştərinin ən azı 6 aylıq cari krediti, həmçinin müsbət kredit tarixçəsi olmalıdır. Başqa sözlə, kreditlərin ödənişi üzrə gecikmələr olmamalıdır. Yenidən maliyyələşdirmə yalnız girovsuz nağd kreditlərə aid edilir. Bu məhsul kredit kartları üzrə borclara şamil olunmur.

Yenidən maliyyələşmə prosesi necə aparılır?

Bu prosesi 2 mərhələyə ayırmaq olar:

Birinci mərhələdə, cari kreditlərin bağlanması üçün nəzərdə tutulan vəsait borcalanın hesabından digər banklarda olan hesablara köçürülür. Bu halda, köçürmə üzrə komissiya bankın tariflərinə əsasən tutulur.