Əli Kərimli qanun qarşısında cavab verməlidir - RƏYLƏR


Digərləri 21 Okt 2019 11:56:00 80 0

Əli Kərimli qanun qarşısında cavab verməlidir - RƏYLƏR

Əli Kərimli şəhərin mərkəzində insanları qanunsuz aksiyaya təhrik etdiyinə, ictimai asayişi pozduğuna görə qanun qarşısında cavab verməlidir.

Bakı. Elçin Mehdiyev – Əli Kərimli şəhərin mərkəzində insanları qanunsuz aksiyaya təhrik etdiyinə, ictimai asayişi pozduğuna görə qanun qarşısında cavab verməlidir. Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı İlham Məmmədov deyib. Deputat bildirib ki, elektoratı olmayan bir qrupun məqsədi yalnız pozuculuq və xəyanətdir: “Bakı Şəhər İcra Hakimiyyəti bunlara dinc mitinq keçirmək üçün yer ayırmışdı. Lakin onlar həmin yerə getməkdən imtina edərək şəhərin mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etdilər. Buradan aydın görünür ki, onların məqsədi dinc aksiya keçirmək deyil, təxribat törətməkdir. Onlar bu tapşırığı xaricdən alırlar və xalq da kimin kim olduğunu yaxşı bilir, belə ünsürlərə dəstək vermir”. İ.Məmmədov qeyd edib ki, Əli Kərimli törətdiyi bu əmələ görə qanun qarşısında cavab verməlidir: “Dövlətini sevən, Prezidentimizin qayğı və diqqətini gündəlik həyatında hiss edən milyonlarla insanının səbri bir gün tükənəcək.​ Bu gün dünyanı bürümüş gərginlik və xaosda niyə imkan vermirsiniz ki, xalqımızın qurbanlar, gərgin zəhmət və mücadilələrlə qazanmış olduğu sabitlik​ və firavanlıq qorunsun. Axı sənin ağalarının ayrı-ayrı ölkələrə ixrac etdiyi “demokratiya” o ölkələri viran qoyub. Ancaq Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev ağıllı, uzaqgörən və cəsarətli siyasəti nəticəsində, onu sevən, güvənən xalqımızdan güc alaraq Azərbaycanı sabitlik adasına çevirib”. Növbəti dəfə müxalifətin mitinq adı altında ictimai asayişi və qanunu pozmasının şahdi olduq. Bunu isə Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib. Onun sözlərinə görə, radikal müxalifətin bu mitinqi təxribat xarakteri daşıyırdı: “Müxalifətin mitinq adı altında ictimai asayişi və qanunu pozmasının növbəti dəfə şahdi olduq. Onlara mitinq keçirmək üçün müvafiq yerin ayrılmasına baxmayaraq, kiçik bir qrupla şəhərin mərkəzində hay-küy qopardılar. Bunlar yolverilməz haldır". Deputat əlavə edib ki, ölkəmizin bütün sahələr üzrə inkişaf etdiyini, nüfuzunun durmadan artırdığını və dünya birliyində söz sahibinə çevrildiyini gözü götürməyən radikalların bu hərəkəti reallığı dərk etməmələrindən irəli gəlir: “Onların məqəsdi Azərbaycanın imicinə zərər gətirmək, ölkədə olan sabitliyi pozmaqdır. Məlumdur ki, radikallar bu tapşırıqları xaricdəki havadarlarından alırlar. Ancaq həmişə olduğu kimi, bu dəfə də uğursuzluğa düçar oldular. Azərbaycan ictimaiyyəti nəinki onların səsinə səs verdi, əksinə, bütün bu olanları, Əli Kərimli başda olmaqla, qaraguruhun hamısını pislədi”. Qeyd edək ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri oktyabrın 19-u saat 15:00-dan başlayaraq ümumi sayı təxminən 220 nəfərədək olan bir neçə qrupla müxtəlif istiqamətlərdən metronun "28 May" stansiyasının önündəki meydana daxil olmağa cəhd göstərib. Görülmüş tədbirlərlə hüquqazidd hərəkətlərin genişlənməsinin qarşısı alınıb, qanunsuz aksiyanın təşkilatçıları və fəal iştirakçıları da daxil olmaqla 60 nəfər saxlanılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
İki rayonda qaz olmayacaq like
  • 21 Okt 11:49  
Digərləri İki rayonda qaz olmayacaq

Xaçmaz rayonunun Vəlvələ kəndi istiqamətində isə istismarda olan qaz xə

arrow Ətraflı
“Səhnəyə sərbəstliyi ilk dəfə mən gətirdim” like
  • 21 Okt 11:45  
Şou-biznes “Səhnəyə sərbəstliyi ilk dəfə mən gətirdim”

ARB TV-nin "Kim var, kim yox" verilişinin növbəti qonağı xalq a

arrow Ətraflı
A seriyası matçında stadiona paraşütlə azarkeş düşüb - VİDEO like
  • 21 Okt 11:44  
İdman A seriyası matçında stadiona paraşütlə azarkeş düşüb - VİDEO

Futbol üzrə İtaliya A Seriyasında Sassuolo - İnter (4:3) komandaları a

arrow Ətraflı
Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin prezidenti ilə görüşüb like
  • 21 Okt 11:40  
Digərləri Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin prezidenti ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bakıda səfərdə ola

arrow Ətraflı
Abşeronda evlərə girən seksual manyak peyda olub like
  • 21 Okt 11:35  
Kriminal Abşeronda evlərə girən seksual manyak peyda olub

Abşeron rayonunda seksual manyak peyda olub.

arrow Ətraflı
Qarabağ Neftçi və Kəpəz-in rekordunu qıra bilmədi like
  • 21 Okt 11:31  
İdman Qarabağ Neftçi və Kəpəz-in rekordunu qıra bilmədi

Qarabağ-ın Azərbaycan Premyer Liqasındakı qələbə seriya

arrow Ətraflı
Hicabını açan gəlin namizəd qısa ətəkdə rəqs like
  • 21 Okt 11:31  
Digərləri Hicabını açan gəlin namizəd qısa ətəkdə rəqs

İzdivac verilişindən sonra məşhurlaşan Hanife Gürdal yenidən gündəmə

arrow Ətraflı
"Gündə 3 qızla yatıram" deyən müğənni evlənən kimi sözlərini dandı  FOTO like
  • 21 Okt 11:26  
Digərləri "Gündə 3 qızla yatıram" deyən müğənni evlənən kimi sözlərini dandı FOTO

Britaniyanın tanınmış bəstəkarı və müğənnisi Mik Haknall (Mick Huckna

arrow Ətraflı
“Maşa və Ayı” poçt markalarında (FOTO) like
  • 21 Okt 11:24  
Digərləri “Maşa və Ayı” poçt markalarında (FOTO)

“Maşa və Ayı” məşhur multiplikasiya serialının qəhramanlarına həsr

arrow Ətraflı
“Homoseksuallar güllələnməlidir”  Şeyx Əbdül like
  • 21 Okt 11:22  
Şou-biznes “Homoseksuallar güllələnməlidir” Şeyx Əbdül

Xalq artisti Əbdül Mahmudov (Şeyx Əbdül) homoseksualların televiziya ekran

arrow Ətraflı
Xəzər dənizində zəlzələ olub like
  • 21 Okt 11:20  
Digərləri Xəzər dənizində zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.

arrow Ətraflı