Bakıda tanışları taksi sürücüsünə hücum etdi, boyunbağını apardılar


Digərləri 21 Okt 2019 11:41:00 232 0

Bakıda tanışları taksi sürücüsünə hücum etdi, boyunbağını apardılar

Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib.

Bakı. Samir Əli - Bakıda taksi sürücüsünə qarşı quldurluq edilib. Trend-in məlumatına görə, hadisə paytaxtın Xətai rayonu ərazisidə baş verib. Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Bağırov Arzuman Ramiz oğlu taksi kimi fəaliyyət göstərdiyi "Opel" markalı şəxsi avtomobili ilə Xətai rayonu, Babək prospekti 10 saylı ünvanın qarşısında olarkən tanışı, Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Ələkbərov Sahib Könül oğlu və Emil adlı şəxs ona hücum edib. Həmin şəxslər A. Bağırovu yumruqla vuraraq boynunda olan gümüş boyunbağını, 88 manat pulunu və "Samsung" markalı mobil telefonunu götürərək hadisə yerindən qaçıb. (adsgarden = window.adsgarden || []).push({}); Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S.Ələkbərov saxlanılıb, Emil adlı şəxsin isə axtarışları davam etdirilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin