Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşüb


Digərləri 21 Okt 2019 11:16:22 73 0

Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin Prezidenti ilə görüşüb

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bakıda səfərdə olan Neft Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) Prezidenti Şauna Nunan ilə görüşüb.

Bakı. Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Bakıda səfərdə olan Neft Mühəndisləri Cəmiyyətinin (SPE - Society of Petroleum Engineers) Prezidenti Şauna Nunan ilə görüşüb. Qonağı Bakıda görməkdən məmnunluğunu ifadə edən Elmar Qasımov Neft Mühəndisləri Cəmiyyətinin fəaliyyətinin, Azərbaycanla, xüsusi ilə Bakı Ali Neft Məktəbi ilə əməkdaşlığını yüksək qiymətləndirib. Rektor qeyd edib ki, Neft Mühəndisləri Cəmiyyətinin təşkilatçılığı ilə “Regional Tələbə İnkişafı Sammiti” artıq bir neçə dəfədir ki, Bakı Ali Neft Məktəbində keçirilir. O eyni zamanda, bildirib ki, BANM-də də bir neçə il əvvəl Neft-Qaz Mühəndisləri Cəmiyyəti yaradılıb və hazırda uğurla fəaliyyət göstərir. Bakı Ali Neft Məktəbinin fəaliyyəti barədə məlumat verən E.Qasımov BANM-in Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə 2011-ci ildə SOCAR-ın strukturunda yaradıldığını bildirib. O, Ali Məktəbdə ingilis dilində Böyük Britaniyanın Heriot Vatt Universitetinin proqramlarına uyğun tədris həyata keçirildiyini diqqətə çatdırıb. Rektor eyni zamanda məlumat verib ki, Cenevrə Biznes Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Biznesin İdarəedilməsi (Master of Business Administration) üzrə magistratura pilləsində kadr hazırlığı həyata keçirilir. Son illər mühəndislik ixtisasları üzrə təhsil alanların sayının artığını vurğulayan rektor onların arasında qızların xüsusi çəkiyə malik olduğunu deyib. Bütün dünya üzrə Neft Mühəndisləri Cəmiyyətinin üzvlərinin 17 faizinin qadın mühəndislər təşkil etdiyini bildirən xanım Nunan həmçinin qeyd edib ki, SPE-nin 62 il ərzində 5 qadın prezidenti olub. O həmçinin, Neft Mühəndisləri Cəmiyyətinin regional sammitlərinin Bakıda yüksək səviyyədə təşkil olunduğunu qeyd edib. (adsgarden = window.adsgarden || []).push({}); “Regional sammitlər bir çox ölkələrdən olan tələbələrin inteqrasiyası ilə yanaşı, onların gələcək karyeralarının inkişafı baxımından da önəmlidir. Müşahidələr göstərir ki, tələbələr beynəlxalq tədbirlərdə iştirak etdikdə onların bilikləri daha zənginləşir və faydalı təcrübələr əldə edirlər ” – deyə SPE prezidenti vurğulayıb. Sonda Neft Mühəndisləri Cəmiyyətinin regional çempionatlarının Bakıda keçirilməsi qərara alınıb. Məlumat üçün bildirək ki, qeyri-hökumət təşkilatı olan Neft Mühəndisləri Cəmiyyətinin əsas məqsədi tələbə və gənc mühəndislərin inkişafına töhfə vermək, dünya neft sənayesinin təcrübəli mütəxəssislərini bir araya gətirmək, onlara elmi işlərin aparılması, nəticələrin təqdim edilməsi istiqamətində kömək etmək, təcrübələrini paylaşmaq üçün müxtəlif konfranslar, forum, sammit və sərgilər keçirərək şərait yaratmaqdır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Azərbaycan əhalisi 9 ayda 42 milyard manatdan çox gəlir əldə edib like
  • 21 Okt 11:10  
Digərləri Azərbaycan əhalisi 9 ayda 42 milyard manatdan çox gəlir əldə edib

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycan əhalisinin nominal gəlirl

arrow Ətraflı
Oktyabrın 27-də dövlət qulluğuna növbəti test imtahan keçiriləcək like
  • 21 Okt 11:05  
Digərləri Oktyabrın 27-də dövlət qulluğuna növbəti test imtahan keçiriləcək

İnzibati dövlət qulluğu vəzifələrinin B növü üzrə keçiriləcək test

arrow Ətraflı
"Müşfiqə 16 şirvanlıq nisyə kostyum almışdım, pulunu 6 aya ödədim"  FOTO like
  • 21 Okt 11:04  
Şou-biznes "Müşfiqə 16 şirvanlıq nisyə kostyum almışdım, pulunu 6 aya ödədim" FOTO

Aktyor Müşfiq Şahverdiyev ailəsi ilə "Xəzər" televiziyasında y

arrow Ətraflı
Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən papiroslar aşkarlanıb (FOTO) like
  • 21 Okt 11:01  
Digərləri Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən papiroslar aşkarlanıb (FOTO)

Rusiyadan Azərbaycana qanunsuz yolla gətirilən papiroslar aşkarlanıb

arrow Ətraflı
Gecə səsə ayılan qadın dəhşətə gəldi like
  • 21 Okt 10:59  
Dünya Gecə səsə ayılan qadın dəhşətə gəldi

Gecə vaxtı yuxudan oyanan qadın dəhşətə gəlib.

arrow Ətraflı
Bakıda baş verən ağır qəzanın görüntüləri yayıldı  VİDEO like
  • 21 Okt 10:55  
Digərləri Bakıda baş verən ağır qəzanın görüntüləri yayıldı VİDEO

Bakı şəhərinin Nərimanov rayonunda "Mercedes" və "KİA"

arrow Ətraflı
İstirahət günlərində ölkədə qəzalarda 5 nəfər ölüb like
  • 21 Okt 10:55  
Digərləri İstirahət günlərində ölkədə qəzalarda 5 nəfər ölüb

Oktyabrın 18-dən 20-dək daxili işlər orqanlarında qeydə alınmış cinay

arrow Ətraflı
Aşıq Əli bu qadın məşhurla SEVGİLİ İMİŞ? like
  • 21 Okt 10:50  
Şou-biznes Aşıq Əli bu qadın məşhurla SEVGİLİ İMİŞ?

Ekranda Samirə ilə sənin şəkillərini göstərəndə birtəhər oldun. Niy

arrow Ətraflı
İran Prezidenti Bakıya gəlir like
  • 21 Okt 10:50  
Digərləri İran Prezidenti Bakıya gəlir

İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zə

arrow Ətraflı
Qoşunların təmas xətti yenidən monitorinq ediləcək like
  • 21 Okt 10:46  
Digərləri Qoşunların təmas xətti yenidən monitorinq ediləcək

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitori

arrow Ətraflı
Yeni həşərat növü tapılıb like
  • 21 Okt 10:42  
Digərləri Yeni həşərat növü tapılıb

Krım yarımadasında yeni növ həşərat aşkar edilib

arrow Ətraflı
Teymur əmiyə AĞIR İTKİ like
  • 21 Okt 10:41  
Şou-biznes Teymur əmiyə AĞIR İTKİ

Xalq artisti Teymur Mustafayevə ağır itki üz verib.

arrow Ətraflı
Bu gündən şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir like
  • 21 Okt 10:37  
Digərləri Bu gündən şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Oktyabrın 21-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi dava

arrow Ətraflı
""26lar" kafesinin sahibinin oğlunu niyə bıçaqlanıb?  FOTO like
  • 21 Okt 10:36  
Kriminal ""26lar" kafesinin sahibinin oğlunu niyə bıçaqlanıb? FOTO

Sökülən qalmaqallı "26-lar" kafesinin sahibinin oğlu və dostu b

arrow Ətraflı
Türk Şurasında inteqrasiya prosesləri regionun iqtisadi artımına xidmət edir like
  • 21 Okt 10:32  
Siyasət Türk Şurasında inteqrasiya prosesləri regionun iqtisadi artımına xidmət edir

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında inteqrasiya prosesləri üz

arrow Ətraflı