Gecə səsə ayılan qadın dəhşətə gəldi


Dünya 21 Okt 2019 10:59:00 322 0

Gecə səsə ayılan qadın dəhşətə gəldi

Gecə vaxtı yuxudan oyanan qadın dəhşətə gəlib.

Son.az xarici mətbuata istinadla bildirir ki, ABŞ-ın Ohayo ştatında qəribə hadisə baş verib. Ohayonun mərkəzi şəhəri olan Kolumbda yaşayan qadın gecə yuxudan oyanan zaman gördüyü mənzərədən dəhşətə gəlib.

Belə ki, səsə oyanan Areica Hill adlı qadın evində yad qız görüb. Onun dediyinə görə, evinə girən qadın onun 2 yaşlı oğlunu soyundurub, çimdirirmiş.

Qadın dərhal qızı oğlundan uzaqlaşdırıb, sevgilisinə və polisə xəbər verib. Hadisə yerinə gələn polislər "oğru"nu tutublar.