Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı: "Ölkəmiz müharibədədir"


Dünya 21 Okt 2019 09:55:00 248 0

Çili Prezidenti ölkədəki iğtişaşlarla bağlı: "Ölkəmiz müharibədədir"

Çili Prezidenti Sebastyan Pinyera ölkədə davam edən iğtişaşlar nəticəsində yaranmış vəziyyəti müharibə şəraiti ilə müqaysə edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, ölkə başçısı yerli telekanalda xalqa müraciəti zamanı "Biz müharibədəyik" deyə fikir səsləndirib.

O, güc tətbiqetmə hallarına görə bütün məsuliyyəti daşıyanları qınayıb.

Qeyd edək ki, iğtişaşlara və polislə toqquşmalara çevrilən etirazlar bazar ertəsi günü Santyaqoda metronun qiyməti orta hesabla 30 peso ($ 0,04) maksimum 850 peso ($ 1.2) qədər artdıqdan sonra başlayıb.