Suriyanın Ras Ələyn şəhərindən terrorçular geri çəkilməyə başlayıb


Dünya 21 Okt 2019 08:40:00 285 0

Suriyanın Ras Ələyn şəhərindən terrorçular geri çəkilməyə başlayıb

Türkiyə Müdafiə Nazirliyi PKK / YPG terrorçularının Suriyanın Türkiyə ilə həmsərhəd olan Ras Al Ayn şəhərindən çıxarılmasını yaxından izləyir.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Nazirlik xəbər verib.

Bildirilir ki, Türkiyə Müdafiə Nazirliyi Türkiyə və ABŞ arasında 17 oktyabr 2019-cu ildə əldə etdiyi razılığa uyğun olaraq, PKK / YPG terrorçularının 120 saat ərzində bölgədən çıxarılmasını yaxından izləyir:

"Bölgədən evakuasiya Amerikalı həmkarları ilə birbaşa əlaqələndirilir".