Kanadada 43cü parlament seçkiləri keçiriləcək


Dünya 21 Okt 2019 08:33:00 244 0

Kanadada 43cü parlament seçkiləri keçiriləcək

Oktyabrın 21-i Kanadada 43-cü parlament seçkiləri keçiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, ölkə sakinləri qarşıdakı dörd il ərzində kimin onların maraqlarını parlamentin aşağı palatasında - İcmalar Palatasında təmsil edəcəklərini müəyyənləşdirməlidirlər.

Qalib gələn partiyanın lideri Kanadanın Baş naziri vəzifəsini tutacaq.

Kanadanın Atlantik sahilində seçki məntəqələri yerli vaxtla saat 08:30-da açılacaq, səsvermə ölkənin Sakit okean sahillərində yerli vaxtla saat 19:00-da başa çatacaq.