"3 günlük məşhurluq mənə lazım deyil" Debüt FOTO


Kriminal 21 Okt 2019 07:48:00 47 0

"3 günlük məşhurluq mənə lazım deyil"  Debüt  FOTO

Arzu Şuşalı: "Ən böyük arzum Cıdır düzündə konsert proqramı ilə çıxış etməkdir"

Son.az kaspi.az-a istinadən yazını təqdim edir.

Hər kəs onu Şuşalı deyə tanıyır. Hələ 22 yaşı var, ömrünün ən gözəl illərinin başlanğıcındadır. Deyir ki, məqsədə çatmaq üçün ilk növbədə hədəf, daha sonra o hədəf uğrunda sağlam addımlarla irəliləmək vacibdir. Hər işin başında isə həvəs, sevgi dayanır, yalnız belə olduğu təqdirdə, insan öz istəyinə nail ola bilər.

Beləliklə, "Debüt" rubrikamızın qonağı gənc xanəndə Arzu Şuşalıdır. O, Bakı Humanitar Kollecinin "Xanəndəlik" ixtisasını bitirib. Soyadı Məmmədova olsa da, valideynlərinin doğulub boya-başa çatdığı Şuşanı özünə ləqəb kimi götürüb.   - Səsinizin olduğunu və məhz bu sənət üçün doğulduğunuzu nə zamandan hiss etmisiniz?

- Uşaq yaşlarımda qardaşım gözəl mahnılar səsləndirirdi. Mən də ona baxaraq həvəslənirdim. Özümü tanıyandan - 4 yaşımdan musiqiyə böyük həvəsim olduğunu xatırlayıram. Kiçik yaşlarımdan korifey sənətkarlarımızı - Şövkət Ələkbərovanı, Rübabə Muradovanı, Xan Şuşinskini, Nəzakət Teymurovanı dinləyirdim. İlk dəfə 8 yaşımda Azərbaycan Dövlət televiziyasında, dövlət tədbirində əlimə mikrofon alıb səhnəyə çıxmışam. O günü heç unutmaram, kiçik bir qız idim, "Qarabağ" mahnısını səsləndirirdim. Bundan başqa, "Natəvan" filmində balaca qızı canlandırmışam. 9 yaşımda Bakı Uşaq Filarmoniyasında "Leyli və Məcnun" tamaşasında Leyli rolunu oynamışam. Yəni özümü tanıyandan bu sənətin arzusunda olmuşam. 

- İncəsənət sahəsində çalışmaq, tanınmaq bir xanım üçün nə qədər uğurludursa, bir o qədər də çətindir. Ailənizdə seçdiyiniz sənətlə bağlı etiraz edən olubmu?

- Əksinə, valideynlərim məni çox dəstəkləyiblər. Onların gözəl səsi olsa da, bu sənətdə addım atıb tanınmaq qismət olmayıb. Uşaq yaşlarımdan anam məni bütün tədbirlərə, konsertlərə aparırdı. O zaman Kainat Muğam Festivalında iştirak etmişəm. Yadımdadır ki, 13 yaşımda orada birinci yerə layiq görülmüşəm.    - Kumiriniz kim olub? Ümumiyyətlə sənətdə kimin yolunun davamçısı olmaq istəmisiniz?

- Adətən deyirlər ki, ilk dəfə kimi dinləyirsənsə, ondan nəsə götürürsən. Hər zaman istəmişəm ki, öz yolum, özünəməxsus mahnıların və seçdiyim sənətdə öz izim olsun. Səsləndirdiyim mahnılar xalq tərəfindən sevilərək dinlənilsin. Bu hər xanəndəyə qismət olmur. Şükürlər olsun ki, bu gün özümə məxsus mahnılarım var. Bu baxımdan işlərimdə Yaqub Cavadov mənə çox kömək olur.    - Şuşa Azərbaycan musiqisinin məbədidir, musiqi beşiyidir. Yəqin ki, gözəl səsə malik olmanızda genetik kodlar da öz rolunu oynayıb.

- Bəzən deyirlər ki, Qarabağlısansa, demək, səsin var. Mən buna çox inanıram. Genetik kod deyilən bir şey var. Bir də əgər tək olsaydım, bu sənətlə məşğul ola bilməzdim. Kim deyir ki, mən bu sənətdə hər şeyə tək nail olmuşam, inanmıram. Kolleci bitirdikdən sonra mənə dəstək lazım idi, onda Yaqub müəllimi tanıdım.

- Əslində Şuşalı ləqəbi ilə tanınan kifayət qədər ifaçılarımız var. Ləqəb seçərkən bu barədə düşünmüsünüzmü?

- Əlbəttə ki. Atam bizə tez-tez Şuşadan danışır. O, Şuşa həsrəti ilə yaşayır, torpağına bağlı insandır. Öz torpağımı, elimi yaşatmaq üçün mən də Şuşalı ləqəbini götürdüm. Mən Bakıda doğulmuşam, Şuşanı görməmişəm, amma onun haqqında gözəl sözlər eşitmişəm. Atam hər zaman Cıdır düzündə keçirilən konsertlər, tədbirlər, festivallar haqqında ürəkdolusu danışıb. Ən böyük arzum Cıdır düzündə konsert proqramı ilə çıxış etməkdir.    - Hədəfləriniz nədir?

- Həyatda elə də böyük hədəfim yoxdur. Tək istəyim mahnılarımın sevilməsi, sənətimə hörmət olunmasıdır. Bu gün xalq artistimiz Zeynəb Xanlarova öz sanbalı, cəmiyyətdə ziyalı mövqeyi ilə bizə bir örnəkdir. İstəyirəm ki, sənətdə bir ağırlığım olsun. Bir də mahnılarımla Azərbaycanı beynəlxalq arenada təmsil etmək istəyirəm.    - Bu gün sosial şəbəkədə məşhur olmaq daha rahatdır. Məşhurluğu əziyyətsiz əldə etmək üçün bu üsuldan yararlanmağı düşünmüsünüzmü?

- "İnstagram"da adi bir insan da məşhur olur və milyonlarla izləyicisi toplaya bilir. Hətta qeyd edim ki, musiqiyə aidiyyəti olmayanlar da bu platformada rahat şəkildə izləyici toplaya bilir. Mən "İnstagram", "Youtube"da qısamüddətli məşhurluğu istəmirəm. Köhnə korifeylərimiz kimi sanballı mahnılar ifa edərək yaddaşlarda qalmaq istəyirəm. Əgər sizin dediyiniz üsulla məşhurlaşsam, bu, sabun köpüyü kimi müvəqqəti bir şey olacaq. Elə olduğu təqdirdə, bu gün məşhur ola bilərəm, ancaq sabah gündəmdən düşərəm, məni heç kim tanımaz. 3 günlük məşhurluq mənə lazım deyil. Mən sosial şəbəkə istifadəçisiyəm, səhifəmdə tədbirlərimizi və mahnılarımızı paylaşıram. Sosial şəbəkələrdə aktivəm və məni qane edən dərəcədə izləyicilərim var. Bacardığım qədər izləyicilərimin mesajlarını oxuyuram.

- Sizcə, yaxşı xanəndə olmaq üçün təhsilin rolu nə qədərdir?

Azərbaycanda 9 ayda 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib like
  • 21 Okt 07:45  
Digərləri Azərbaycanda 9 ayda 34,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib

Sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 15,6 faiz artıb.

arrow Ətraflı
Xocavənddə 2 ədəd top mərmisi tapılıb  FOTO like
  • 21 Okt 07:28  
Digərləri Xocavənddə 2 ədəd top mərmisi tapılıb FOTO

2019-cu il 20 Oktyabr tarixində saat 06:53-də Daxili İşlər Nazirliyinin ″

arrow Ətraflı
13 yaşlı aktyor, rəqqas və...  Portret  FOTO like
  • 21 Okt 07:21  
Digərləri 13 yaşlı aktyor, rəqqas və... Portret FOTO

Uşaq paralimpiyasının məşhur simasını hansı çempionumuza bənzədirlər

arrow Ətraflı
Çilidəki etirazlar nəticəsində ölənlərin sayı 10-a çatıb like
  • 21 Okt 07:16  
Digərləri Çilidəki etirazlar nəticəsində ölənlərin sayı 10-a çatıb

Çilidəki etirazlar nəticəsində 10 nəfər həlak olub

arrow Ətraflı
38 yaşında professor olan millət vəkili  Keçmişdəki mən  FOTO like
  • 21 Okt 06:30  
Digərləri 38 yaşında professor olan millət vəkili Keçmişdəki mən FOTO

Elman Nəsirov: "Satıcının uşaqlara satdığı dondurmalara həsrətlə

arrow Ətraflı
Suriyanın Ras Ələyn şəhərindən terrorçular geri çəkilməyə başlayıb like
  • 21 Okt 06:29  
Digərləri Suriyanın Ras Ələyn şəhərindən terrorçular geri çəkilməyə başlayıb

Türkiyə Müdafiə Nazirliyi PKK / YPG terrorçularının Suriyanın Türkiyə

arrow Ətraflı
Kanadada 43-cü parlament seçkiləri keçiriləcək like
  • 21 Okt 05:32  
Digərləri Kanadada 43-cü parlament seçkiləri keçiriləcək

Oktyabrın 21-də Kanadada 43-cü parlament seçkiləri keçiriləcək

arrow Ətraflı
20 yaş gəncləşdirən maska like
  • 21 Okt 05:30  
Digərləri 20 yaş gəncləşdirən maska

Qocalıb qırışmış dəri qadınların qorxulu yuxusudur. Bu problemi aradan

arrow Ətraflı
Qızlarının ilk kəlməsi "qol" olan cütlük  Ailə  FOTO like
  • 21 Okt 04:30  
Digərləri Qızlarının ilk kəlməsi "qol" olan cütlük Ailə FOTO

Rüstəm Allahverdiyev: "İnsan necə bir xarakterə sahib olduğunu əsəb

arrow Ətraflı
Bakıda iki minik avtomobili toqquşub like
  • 21 Okt 03:55  
Digərləri Bakıda iki minik avtomobili toqquşub

Bakı şəhərinin Nərimanov rayonunda “Mercedes” və “Kia” markalı ik

arrow Ətraflı
Bu həbsxanada oteldən daha yaxşı şərait var  FOTO like
  • 21 Okt 03:30  
Digərləri Bu həbsxanada oteldən daha yaxşı şərait var FOTO

Danimarkadakı Storstrom həbsxanası görənləri heyran qoyur və çox təəcc

arrow Ətraflı