Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb


Digərləri 21 Okt 2019 06:35:00 358 0

Əli Kərimli qanunsuz aksiya zamanı döyülməsi barədə yalan danışıb

Son.az Trend-ə istinadən yazını təqdim edir.

Paytaxtın mərkəzində iğtişaşlar yaratmağa cəhd göstərmiş radikal müxalifət bir daha sübut etdi ki, onun bütün fəaliyyəti dövlətçiliyi məhv etməklə, ölkə vətəndaşlarını alçaldılmış dilənçilərə çevirməkdir.

"Müxalifət coşğunluğunun" səbəbi nə idi? Onlar nəyə və nəyin hesabına ümid edirdilər?

Birincisi, Əli Kərimli Azərbaycan radikal müxalifətinin "liderlərindən" biri kimi, başa düşür ki, gün keçdikcə onun siyasi karyerasının perspektivləri daha da acınacaqlı olur. Ona görə də xarici mərkəz və təşkilatları maraqlandırmaq üçün ona ölkədəki vəziyyəti destabilizə etmək lazım idi. Onu gülünc obyektinə çevrilmək perspektivi qətiyyən narahat etmir və o hər dəfə daha böyük səylə öz qəzəbli gücsüzlüyünü göstərməyə çalışır.

İkincisi, Əli Kərimli reallıq hissini itirib. O başa düşmür ki, Azərbaycan cəmiyyəti onu çoxdan ciddi qəbul etmir. Azərbaycan cəmiyyəti anlayır ki, Əli Kərimli və digər "liderlərin" merkantil maraqları boş demaqoqluqdan başqa bir şey deyil. Artıq o həddə çatıb ki, onların fikirləri və bəyanatları onların azalmaqda olan tərəfdarları arasında da gülüş obyektinə çevrilib.

Bu gün Əli Kərimlinin bir niyyəti var: nəyin bahasına olur olsun, üzdə qalmaq və imkan yarandıqca öz mövcudluğunu nümayiş etdirmək.

Məsələn, Əli Kərimli iddia edib ki, onu dünən evinin qarşısında polis əməkdaşları gözləyib və bölməyə aparıblar, orada isə onu döyüblər, işgəncə veriblər, boğublar, sonra isə müayinə üçün xərəkdə DİN-in hospitalına çatdırıblar.

Burada suallar yaranır. Birincisi, əgər onun evinin qarşısında polislər gözləyirdisə, o necə şəhərin mərkəzinə gəldi? Niyə onu evin çıxışında həbs etmədilər?